Kültür Park
Türkiyənin İzmir şəhərində yerləşən park / From Wikipedia, the free encyclopedia
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir.[3]
Cəld faktlar Məlumatlar, Parkın tipi ...
Kültür Park | |
---|---|
türk. Kültürpark | |
Kadifekaledən Kültür Parkın görünüşü | |
Məlumatlar | |
Parkın tipi | İctimai |
Ölkə | |
Yerləşməsi |
![]() |
Koordinatları | 38°25′40″ şm. e. 27°08′41″ ş. u. |
Sahəsi | 420,000 m2 (4,500,000 sq ft) |
Yaradılıb | 1 sentyabr 1936 (1936-09-01) |
Tabeçiliyi | İzmir Böyükşəhər Bələdiyyəsi |
Ziyartəçi sayı | 1,500,000[2] |
Statusu | Açıq |
Ən yaxın ictimai nəqliyyat | Kütlürpark metro stansiyası |
Saytı | Kültür Park |
Xəritədə yeri | |
![]() |
|
![]() |
Bağla