Külmə
From Wikipedia, the free encyclopedia
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir. Ağzı aypara şəklindədir.Bel üzgəci qarın üzgəclərinin əsasının üstündən başlayır,şüalarının sayı III 7-11 (12) olur. Anal üzgəci bel üzgəcinin əsasının gerisindən başlayır. Periton pərdəsi açıq rəngli, bəzən tünd rəngli olur. Bağırsaq kanalı qısadır.
Külmə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cyprinoidea Fəsilə: Yarımfəsilə: Leuciscinae Cins: Külmə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|