Parisdə yerləşən Kral körpüsü From Wikipedia, the free encyclopedia
Kral körpüsü (Pont Royal) —Parisdə yerləşən və Sena çayı uzərindən keçən fransızkörpüsüdür. Pont Neuf və Pont Marie'dən sonra şəhərin ən qədim üçüncü körpüsüdür. Bu abidə 11 may 1939 tarixdən bəri tarixi abidə kimi təsnif edilmişdir .
Körpü çayın sağ sahilini Pavillon de Flore adlanan yerdən sol sahilin Bac küçəsi və Beaune küçəsi arasındakı hissəsinə bağlayır. Ondan əvvəl Carrousel körpüsü və sonda Leopold-Sédar-Senghor piyada keçidi yerləşir.
Tuileries metro stansiyası bu ərazidə yerleşir.
Körpünün ən vacib texniki detallarını1685-ci ildə Jules Hardouin-Mansart tərəfindən tərtib etdilən plan müəyyən edir[3]:
arkalar və tağlar: uzunluğu 72pieds (23,40m) olan 5 arka, uzunluğu olan 69pieds (22,42m) olan aralıq arkalar və 64pieds (20,80m) uzunluqlu yan arkalar[4];
körpü dayaqlarının təməl səviyyəsi;
dayaqların qalınlığı və arkaların açılış nisbəti: Kral körpüsü üçün memar bu nisbəti 5 olaraq təyin edib. Bu nisbət həm də arkaların ölçüsündən asılı olub dayaqların sabitliyini riskə atmadan, arkaların bir-birindən azad mövcud olmasını təmin etməlidir. Bütün dayaqların qalınlığı –14pieds (4,55m);
arkaların forması: Kral Körpüsündə, memar 3 mərkəzli səbət saplı tipli arkadan istifadə edib. Bu seçim sonra tikilən körpülərədə də istifadə olunacaq.
İstifadə edilən materiallar:
suyun altında Saint-Cloudun sərt daşları;
Bagneuxdan gətirələn və arkaların başlanğıcına qədər olan bərk daşlar və səkilərin kənarlarına qədər sərt daşlar;
Arkaların gövdəsi üçün qaya daşları;
Arkalarınıvə dayaqları doldurmaq üçün Vaugirard və ya Faubourg Saint-Jacques daşları.
Hər sahilin son dayağında ən böyük Paris daşqınları zamanı suyun səviyyəsini göstərən hidrografik tərəzi var.
Pont Royal üçün olan hesablamalar Blois'dəki Jacques-Gabriel körpüsü üçün model olaraq istifadə edilib.
Körpünün inşasının müxtəlif mərhələləri Lieven Cruyl (1634–1720-ci ildən əvvəl) tərəfindən rəsmləri çəkilmiş və oymalara həkk olunmuşdur.
Kral körpüsünün özəlliyi onun bəzəyinin azlığı və möhkəmliyidir.
Körpünün hər iki tərəfi
À gauche, le pont vu de l'aval et à droite, de l'amont.
Körpünün digər mənzərələri
Leopold-Sédar-Senghor piyada keçidindən görüntü.
Gecə körpü.
Luvr Sarayına doğru Kral Körpüsündə.
Kral Körpüsü 2018 -ci ilin Yanvar daşqını zamanı.
Pont Royal və Musee d'Orsay
Körpü Tüilri Sarayında bitdiyi üçün "Kral körpüsü" adını daşıyır.
9 sentyabr 1550 Kral II HenrySenadan bərə ilə keçməyə icazə verir.
Gəzinti zamanı Bac küçəsi yaxınlığında Senadan keçən bərənin qəzaya uğramasının şahidi olan Louis XIII bu yerdə körpü tikdirmək qərarına gəlir.
1632-ci ildə Qırmızı Körpü
1632-ci ildə Kral Palatasının katibi Pierre Pidou, bu ərazidə taxta körpünün inşasını öz üzərinə götürdü. Bu keçid Sainte-Anne körpüsü "(Avstriyalı Anne ilə əlaqədar olaraq)", Qırmızı körpü "(Rənginə görə) və ya " Le Barbier körpüsü " adlandırılır və hazırlanmasına 21 noyabr 1631 tarixində 50.000livres tournois məbləği qarşılığında dülgər Robert Chuppin başlayır. Yeni körpü 1550-ci ildən bu bəri mövcud olan və adını yaxınlıqdakı küçəyə verən (rue du Bac — fransısca bac bərə deməkdir) köhnə Tüiliri bərəsini əvəz edir.
Nisbətən kövrək olan on beş tağlı körpü ilk dəfə 1649-cu ildə təmir edilmişdir və iki il sonra tamamilə yenidən qurulmuşdur. Bu körpü 1654-cü ildə yandırılmış və onu 1656-cı ildə su aparmışdır.
Körpü 1660-cı ildə yenidən taxtadan qurulub, 1673-cü ildə möhkəmləndirilib və nəhayət çayın üzərindəki buzun parçalanması nəticəsində 1684-cü il fevralın 28-dən 29-na keçən gecə uçmuşdur. Madam de Sévigné bu haqda məlumat verərkən yazır: "Qırmızı körpü Saint-Clouda yola düşdü. Körpü yolda səkkiz arkasını itirdi."
1689-cu ildə Kral Körpüsü
25 oktyabr 1685 və 13 iyun 1689 tarixləri arasında könhə körpü bütövlükdə Kral XIV Louis tərəfindən maliyyələşdirilən daş körpü ilə əvəz olunur və "Kral Körpüsü" adlandırılır.
Kralın Baş Memarı Louvois bu tikintini Jak Gabriel, Jules Hardouin-Mansart və François Romainə tapşırır.
10 mart 1685: Kralın memara və podratçı Jacques IV Gabrielə675.000livres məbləğinin verilməsi. Podratçının zəmanəti kralın memarı Pierre Delisle[6], baldızı və kral binalarının dülgərləri Pierre Cliquin-dir.;
1 aprel 1685: Tuileries körpüsünün baş müfəttişi olan François Romainə edilən ilk ödəniş.
26 oktyabr 1685 : tacirlərin və Paris şəhərinin sahibləri tərəfindən sağ sahildə ilk daşın qoyulması;
18 iyul 1686: Jacques IV Gabrielin ölümü. İşi dul həyat yoldaşı Marie Delisle və qardaşı Pierre Delisle davam etdirir.
1687-ci ilin sonu: Körpünün tikinti işləri demək olar ki, başa çatmışdı, Fransanın rəmzləri körpünün mərkəzi tağında oyulur;
13 və14 iyun 1689: Kral memarı Liberal Bruant tərəfindən körpünün baxışı və qəbulu;
20 sentyabr 1689: Dövlət Şurası əsərlərin qəbul edilməsini təsdiq edir. İşlərin qəbulu ilə əlaqədar son xərclər:
təklif qiyməti: 675.000livres;
podratçıya ödənilən tələblər: 67.171,11livres;
Romain qardaşa və iş müfəttişlərinə ödənilən ödənişlər daxil olmaqla müxtəlif xərclər: 22.328,18livres;
son ümumi xərc: 764.500,90livres .
XVIII əsrdə bu körpü Parisdə hər cür yığışma və tədbirlər üçün ən sevimli yer idi.
Fransız İnqilabından sonra, 1792–1804-cü illər arasında körpünün adı dəyişdirilib "Milli körpü" edilmiş, 1814-cü ilə qədər isə " Tuiliri Körpüsü " adlandırılmışdır.
Les mesures faites sur l'ouvrage réalisé montre qu'il y a des différences qui peuvent atteindre 0,27m, ce qui n'est pas exceptionnel pour cette époque.
Pierre Delisle est le neveu de François Mansart, le cousin de Jules Hardouin. Tous les deux ont été élevés par leur oncle et ont ajouté son nom aux leurs pour être connus sous le nom de Pierre Delisle-Mansart et Jules Hardouin-Mansart.
Françoise Courbage " Pont Royal ", Les Ponts de Parisdə, Paris şəhərinin bədii hərəkəti, 1999 ISBN2-913246-05-2, p. 213–214 .
Fernand de Dartein, Parisdəki Le Pont-Royal sur la SeineXIX əsrdən əvvəl naxışları ilə diqqət çəkən daş körpülər üzərində II cilddən nəşr olunmuşdur. Paris, Librairie polytechnique Ch. Béranger, 1907. Onlayn oxuyun.
Henry-Louis Dubly, Əsrlər boyu Paris Körpüləri, Paris, Henry Veyrier, 1973 ISBN2-85199-102-7, p. 152–159 .
Jean Mesqui, Le Pont en France mühəndislər dövründən əvvəl, Paris, Picard, 1986 ISBN2-7084-0322-2, p. 143, 146, 154–156, 182, 184, 210, 215 .
Marcel Prade, Les Ponts, tarixi abidələr, Poitiers, Brissaud köhnə kitab mağazası, 1988 ISBN2-902170-54-8, p. 335–336 .
Rəsmlər və oymalar
Thuileries körpüsünün tikiləcəyi yerdə Seine çayının dərinliyi, 1685, bax .
Livinus Cruyl, Kral Körpüsünün İnşası, 1686, bax .
Livinus Cruyl, Kral körpüsünün inşası, 1687, bax .