Kröller-Müller muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kröller-Müller Muzeyi (Niderlandca tələffüz: [krɵlərˈmylər myˌzeːjɵm]) Hollandiyanın Otterlo bölgəsindəki Hoge Veluwe Milli Parkında yerləşən milli sənət muzeyi və heykəltəraşlıq bağıdır. İncəsənət kolleksiyaçısı Helen Kröller-Müller tərəfindən əsası qoyulan muzey, özünün və ərinin keçmiş mülkünün ərazisi (hal-hazırda milli park) daxilində 1938-ci ildə açıldı. Van Qoq muzeyindən sonra Vinsent van Qoqun ən böyük rəsm kolleksiyasına sahibdir. Muzeyi 2015-ci ildə təxminən 380.000 nəfər ziyarət edib.[5]
Kröller-Müller Muzeyi | |
---|---|
Kröller-Müller Museum | |
| |
Əsası qoyulub | 13 iyul 1938[1] |
Açılış tarixi | 1938 |
Təsisçi | Helene Kröller-Müller |
Ölkə | |
Yerləşir | Ede[d] |
Ünvan | Houtkampweg 6[4] |
Ziyarətçi sayı | 380.000 (2015-ci ildəki hesablamara görə)[5] |
Direktor | Lisette Pelsers[6] |
Muzeyə yetişmək |
|
Telefon | +31 318 591 241 |
İş rejimi | 10:00-17:00 |
Bilet | 5–20 € |
52°05′45″ şm. e. 5°49′01″ ş. u.HGYO | |
krollermuller.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Kröller-Müller Muzeyi Vinsent van Qoqu yaxından tanıyan və onun əsərlərini kolleksiya şəklində yığan H. P. Bremmer-in tövsiyəsi ilə həvəskar sənət kolleksiyaçısı Helene Kröller-Müller tərəfindən qurulmuşdur.[7] 1935-ci ildə bütün kolleksiyasını Hollandiya dövlətinə bağışladı.[8] 1938-ci ildə Henri van de Velde tərəfindən dizayn edilmiş muzey ictimaiyyətə açıldı. 1961-ci ildə heykəltəraşlıq bağı əlavə edilmiş və 1977-ci ildə Vim Qvist tərəfindən hazırlanmış yeni sərgi açılmışdır.[1]
Muzeydə Vincent van Qoqun "Kafe terasında gecə", Kədərlənən Qoca (Əbədiliyin qapısında) və Kartof Yeyənlərin bir versiyası kimi bəzi əhəmiyyətli rəsm əsərləri qorunub saxlanılır. Bu da muzeyi dünyada ikinci ən böyük (Amsterdamdakı Van Qoq Muzeyindən sonra) Van Qoq rəsmlərinin kolleksiyası olan muzeyə çevrilmişdir. Muzeydə Van Qoqun əsərlərindən başqa Piet Mondrian, Jorj-Pyer Söra, Odilon Redon, Jorj Brak, Pol Qogen, Lukas Kranax (böyük)Lukas Kranax, Ceyms Ensor, Juan Gris, Pablo Pikasso kimi rəssamların əsərləri var.
Kröller-Müller Muzeyi, 30 hektardan çox ərazisi ilə Avropanın ən böyük meşə parklarından birinin ərazisində yerləşən geniş heykəltəraşlıq bağı ilə də məşhurdur. Bağ Helen Kröller-Müllerin sənət, memarlıq və təbiət arasındakı simbioz konsepsiyasını əks etdirir. Beukhof, H., Essen, F. van, Pelzers, E., Sevink, J. "Nature and Art, The Hoge Veluwe, Waanders Uitgeverij, Zwolle" (PDF) (ing. ). 2005. 9 May 2019 tarixində arxivləşdirilib (PDF). Kolleksiyaya Ogüst Roden, Henry More, Jan Dübüffe, Mark di Suvero, Lusio Fontana, Klaes Oldenburg, Fritz Votruba, Joyep van Liyeshout və daha bir çox sənətkərların əsərləri daxildir.
Lisette Pelsers 2012-ci ildən bəri Kröller-Müller Muzeyinin direktor vəzifəsini icra edir.[6][13]
Muzeyin 2012-ci ildə 307.000, 2013-cü ildə[11] 330.000, 2014-cü ildə[12] 392.000,[5] və 2015-ci ildə 380.000 ziyarətçisi olmuşdur.[5]
Muzey 2013-cü ildə ölkə daxilində ən çox ziyarət edilən 12-ci muzey oldu.[14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.