Korsen burnu
From Wikipedia, the free encyclopedia
Korsen burnu[1] (fr. pointe de Corsen, bret. Beg Korzenn) — Fransanın Bretan yarımadasında yerləşən burun. Burun Fransanın materik hissəsinin ən qərb nöqtəsidir.
Cəld faktlar Yerləşməsi, Akvatoriya ...
Korsen burnu | |
---|---|
Yerləşməsi | |
48°24′52″ şm. e. 4°47′40″ q. u. | |
Akvatoriya | Atlantik okeanı |
Ölkə | Fransa |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Korsen burnu inzibati cəhətdən Finister departamentinin Pluarzel kommunasının ərazisində yerləşir. Cənub-şərqdə Brest körfəzi, qərbdə Molen adaları və metropoliyanın ən qərb nöqtəsi Uessan adası yerləşir.
Burun Atlantik okeanının tez-tez İruaz dənizi adlanan bir hissəsinin sahilində, La-Manş boğazı ilə Biskay körfəzi arasında yerləşir.
Maraqlıdır ki, turistlər ölkənin ən qərb nöqtəsi olaraq cənubda, ancaq bir qədər şərqdə yerləşən Puent-dyo Raya tez-tez baş çəkirlər. Ziyarətçiləri orada daha mənzərəli çöl və hündürlüyü 70 m-ə qədər olan qayalar cəlb edir.