Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
From Wikipedia, the free encyclopedia
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) - 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희).[1][2] tərəfindən qaçırılmışdır.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Ölkə | Cənubi Koreya |
Sərnişin sayı | 47 |
Komanda | 4 |
Yaralı sayı | 0 (dəqiq deyil) |
Havayolu şirkəti | Koreya Hava Yolları |
İstiqamət | Seul, Cənubi Koreya |
Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi.
Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır. Sözügedən 11 nəfərin hələ də Şimali Koreyada, sağ vəziyyətdə olduqları ehtimal edilir və bu ehtimalları zaman-zaman doğrulayan müəyyən sübutlar, faktlar ortaya çıxmışdır.
Koreya müharibəsindən sonra Şimali Koreyanın cənubluları oğurlaması geniş fürsət almışdır. 1953-cü ildə tərəflər arasında imzalanmış və Koreya müharibəsinin sona çatması ilə nəticələnən Panmuncom sülh müqaviləsinin imzalanmasından sonra 3.800-dən çox cənublu şimali ordu mənsubları və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qaçırılmışdır. 2006-cı ilə olan məlumata əsasən 486 nəfər cənublu hələ də Şimali Koreyanın müxtəlif yerlərində saxlanılmaqdadır.[3]
1969-cu ildə baş vermiş Koreya Hava Yollarına məxsus təyyarənin qaçırılması Şimali Koreyanın cənubluları oğurlaması konteksində baş vermiş ən önəmli hadisələrdən biri hesab olunur. Mövzu ilə bağlı açıqlama verməyən Şimali Koreyanın bu addımı hansı məqsədlə atması hələ də müəyyənləşdirilməyib.