From Wikipedia, the free encyclopedia
Kopenhagen metropoliteni (dan. Københavns Metro) — Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu.
Kopenhagen metropoliteni (dan. Københavns Metro) | |
---|---|
Təsvir | |
Ölkə | Danimarka |
Yerləşməsi | Kopenhagen bələdiyyəsi[d] |
Açılış tarixi | 2002, 19 oktyabr |
Gündəlik sərnişindaşıma | 55 milyon (2013) |
Saytı | m.dk |
Marşrut şəbəkəsi | |
Xətlərin sayı | 2 |
Stansiyaların sayı | 22 |
Vikianbarda əlaqəli mediafayllar |
Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir.[1] Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır.[2] 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.[3]
Kopenhagendə metropolitenin tikilməsi haqqında məsələyə hələ 1990-cı illərin əvvəllərində baxılmışdır. Tikintinin zəruriliyi barədə ilk qərar Danimarka folkentinqi (parlament) tərəfindən 1992-ci ildə qəbul edildi.[4] Məlum layihənin əsas məqsədi şəhər sakinlərinin və qonşu rayonların müasir və sürətli nəqliyyat növü ilə təmin etmək idi. Bu nəqliyyat yerüstü nəqliyyat sistemindən asılı olmamalı və sərnişinlər üçün maksimal mümkün rahatlıq imkanlarına sahib olmalıdır.[5]
1997-ci ildə hazırlıq işləri mərhələsində işə başlamaq üçün zəruri olan səyyar heyətin layihələndirməsi və avadanlığın alınması prosesi başa çatdırıldı. 1998-ci ildə gələcək İsland-Brügge stansiyasından azacıq aralıda tunellərin açılması işlərinə başlanıldı. Onların dərinliyi 20 metrdən 30 metrə qədər dəyişirdi.[6]
1998-ci ildə İtaliyanın Ansaldo Transporti kompaniyası[7] səyyar heyətin hazırlanmasına başladı (34 üçvaqonlu heyət). 2000-ci ildə hazır yerüstü sahədə ilk heyətin hərəkət sınağı həyata keçirildi, 2001-ci ilin əvvəllərində isə yeraltı tunellərin keçidi başa çatdırıldı. Gülüş günü, yəni 1 aprel, 2001-ci il tarixində Kopenhageninin mərkəzi meydanında (dan. Rådhuspladsen) Danimarkada metropoliteninin açılışı üçün planlaşdırılan metro vaqonlarının maketi quraşdırıldı. Əslində bu Stokholm metropoliteninin istismara edilməmiş vaqonu idi.
2001-2002-ci illərdə metronun stansiyalarının tikilməsi və sistem təminatının montajı üzrə işlər davam etdirildi. 2002-ci ilin iyununda sistemin nizamlanmasına və metronun Amager adasının şərq sahillərinə, Danimarkanın ən iri aeraportu olan Kastrupa doğru yerüstü sahənin hazırlnması işinə başlandı.[5] Bu sahə yanlız 2007-ci ilin sentyabrında başa çatdırıldı.[6]
Bu gün Danimarka metrosu dünyanın ən yaxşı metrolarından biri hesab edilir. Belə ki, 2008-ci ildə metropoliten üzrə keçirilən beynəlxalq konfransda (Metro Rail Conference) Nyu-york, Tokio, London və inkişaf etmiş metro sistemi olan digər şəhərlərdən gələn mütəxxəsislər Kopenhagen metrosunu dünyada ən yaxşı metro elan etdilər.[12] Bundan başqa Avropanın ən yaxşı metrosu nominasiyasında ilk yerə məhz Kopenhagen metrosu layiq görüldü. Belə bir qərar qəbul edilməsinin ən mühüm səbəbləri metronunun işində stabillik, sərnişinlər tərəfindən müsbət qiymətləndirmələr və təhlükəsizliyin yüksək səviyyədə olması idi. Ekspertlərin seçiminə təsir edən bir digər amil Kastrup aeraportuna qədər olan yeni xəttin istifadəyə verilməsindəki sürətlilik oldu.[13]
2010-cu il üzrə olan göstəricilərə görə Kopenhagendə 9-u yeraltı (3 stansiya az dərinlikdə, 6 stansiya isə daha çox dərinlikdə) stansiya olmaqla 22 stansiya var. İkiyollu xətlərin ümumi uzunluğu 23 km-dir. Bu xətlərin 11 kilometri tunellərdən, 12 kilometri isə torpaq və estakadalar üzərindən keçir.[14] 2009-cu il üzrə olan məlumata görə Kopenhagen metropoliteninin sərnişin daşıması il ərzində 50 milyon, sutka ərzində 137 min nəfərdir.[15]
1 iyun 2007-ci ildə Danimarka parlamenti yeni dairəvi xəttin (dan. Cityringen) tikilməsi və həmin ilin avqustundan geodeziya tədqiqatları və layihələndirmə üçün işlərə başlamaq haqqında yekdilliklə (qərarın əleyhinə yanlız qırmızı-yaşıllar koalisiyası çıxış etdi[16]) qərar qəbul etdi.
Görüləcək işlər vaxtı 15,5 km yeraltı dəmiryolunun çəkilməsi və 17 yeraltı metro stansiyasının tikilməsi nəzərdə tutulurdu.[17] Mövcud metro xətlərinin nəqlinə - digər xəttə keçidi üçün Kongens-Nyutorv və Frederiksberq stansiyaları nəzərdə tutulurdu. Yeni xətlərin istifadəyə verilməsi ilə Kopenhagen mərkəzinin elektriçka və metronun əhatə etmədiyi dəmiryolu vağzalı və rayonları ilə birləşdirmək planlaşdırılırdı.[18]
24 mart 2009-cu ildə dairəvi xətlər layihəsi üzrə xətlərin cızılması, maliyyələşdirmə planı və tikinti müddəti qəbul və təsdiq edildi. Bu plana müvafiq olaraq layihənin 2018-ci ildə başa çatdırılması planlaşdırılırdı.[3] Layihənin təqribi dəyəri 15 milyarddan[16][19] 50-60 milyard Danimarka kronuna qədər idi.[20]
Nəqliyyat sistemi üzrə Konsultasiya xidmətlərinin göstərilməsi və tikintinin texniki tərəflərinin problemləri ilə "Ramboll" konsorsiumu və "Atkins" (Böyük Britaniya) tikinti şirkəti məşğul olur.
Tikintinin subpodratçıları Danimarkanın memarlıq şirkəti - «KHR Arkitekter A/S» və Britaniya şirkəti «Parsons Group» idi.[17]
Kopenhagen metrosu iki xətdən (M1 və M2) ibarətdir (2010-cu ildə). Bu xətlərdə 22 stansiya var və onlardan 13-ü yerüstü, 9-u isə yeraltı metrodur. Kopenhagen metropoliteninin tunelllərinin ümumi uzunluğu 11 km, açıqda olan yolların uzunluğu 12 km-dir.[21]
Tunelllərin tikintisi üçün COMET (The Copenhagen Metro Construction Group) adlı müəssisə təsis edilmişdir. Bu müəssisə tərkibinə müxtəlif ölkənin 6 şirkətinin əməkdaşları daxil olmuşdu.
COMET-in hesabına təxminən 8 km-lik tunel və 5 km-lik yerüstü xəttin, 12 stansiyanın (7 yeraltı və 5 yerüstü) tikilməsi daxildir.
Tunellərin keçidinə 1998-ci ildə gələcək İslands-Brügge stansiyasından çox da uzaq olmayan ərazidə başlanmışdır.[22]
Kopenhagen metrosunun 2 xətti var: M1 və M2. 2018-ci ildə dairəvi marşrutun istifadəyə verilməsi ilə bu xətlərə daha 2 xətt əlavə olunacaq.
M1 və M2 xətləri Vanlyose stansiyasından Kristiansxaun stansiyasına qədər olan sahəyə düşür. Daha sonra M1 Amager adasının qərb hissəsində Kalvebod-Felleddə (dan. Kalvebod-Fælled) yerləşən Vestamager stansiyasına qədər uzanır. M2 xətti isə Kastrup aeraprotuna qədər olan ərazidən, Amagerin şərq hissəsindən keçir.
Xətt | Adı | Rəng | Marşrut | Açılış tarixi | Uzunluğu | Stansiyaları | |
---|---|---|---|---|---|---|---|
M1 | M1 Xətti | Yaşıl | Vanløse — Vestamager | 2002 | 13,1 km | 15 | |
M2 | M2 Xətti | Sarı | Vanløse — Lufthavnen | 2002 | 14,2 km | 16 | |
M3 | M3 Xətti | Qırmızı | Dairəvi marşrut | 2019 | 15,5 km | 17 | |
M4 | M4 Xətti | Göy | København H - Orientkaj | 2020 | 8 | ||
M3 və M4 xətləri vahid Cityringen marşrutunu təşkil edir. Yanlız M3 dairəvi xətt təşkil edir. M4 Kyobenxauns-Xovedbaneqor stansiyasından (Kopenahagenin əsas dəmiryolu vağzalı) Nyorebro stansiyasına qədər sonuncu marşrutdur. Nyobrebro stansiyasından əsas Kongens-Nyutorv stansiyasına keçməklə Kopenhagen metropoliteninin mümkün 4 xəttindən hər hansı birinə getmək olar. 28 sentyabr 2007-ci ildə metro sahəsindən aeraporta qədər olan sahənin açılmasına qədər stansiyanın elan edilməsində qarışıqlıq qeydə alınıb. Xətlərin ayrıldığı (M1 marşrutu Vestamagerə, M2 marşrutu isə aeraporta qədər) Kristiansxaun stansiyasında "Luftxaun stansiyasına-Kopenhagen aeraportuna qədər" (Toget kører til Lufthavnen — Copenhagen Airport) elanı getdi. Əksər sərnişinlərə (əsasən də turistlərə) məlumatın yanlız son hissəsini (Kopenhagen aeraportu) eşitmək müyəssər oldu. nəticədə onlar artıq Kastrupda yerləşdiyinə əmin olduqları Kristiansxaun stansiyasına çıxdılar. 2009-cu ilin martında bu məlumat "Kristiansxaun-bu qatar Luftxauna-Kopenhagen aeraportuna qədər gedir" (Christianshavn — Toget kører til — This train terminates at — Lufthavnen — Copenhagen Airport) məlumatı ilə əvəz edildi.[23]
Əvvəllər metro 05:00-dan 01:00-a qədər günboyu, bazar günləri isə sutkalıq işləyirdi. 16 mart 2009-cu ildən qrafik dəyişdi. Kopenhagen metrosu bütün günboyu işləyən Avropanın qabaqcıl şəhərlərindən biri oldu.[5][24]
Qatarlar arasındakı interval 2 dəqiqədən 20 dəqiqəyədək olur:
Kopenhagendə inteqrə edilmiş ödəniş sistemindən istifadə edilir. Ödəniş səyahət zonasına görə aparılır. Metronun 4 zonası var:
Nyorreport, Konqens-Nyutorv, Kristiansxaun, İslands-Brügge, DR-Byuen, Amagerbro, Lerqrausparken, Forum və Frederiksberq.
Frederiksberq, Fasanvay, Lindevanq və Vanlyose.
Sundbyu, Bella-Senter, Erestad, Vestamager, Eresunn, Amager-Strand və Femyoren.
Kastrup və Luftxaun (Aeraport).
Şəhər zonaları daxilində (1-3-cü zonalarda) sabit gediş haqqı təyin edilib (belə ki, 2010-cu ilin oktyabrında bir zona üzrə gediş haqqı 13,5 kron idi, böyüklər üçün minimal bilet haqqının dəyəri 2 zonadan sonra 27 danimarka kronudur), lakin səyahət vaxtı hər növbəti zonaya görə gediş haqqı artır. Belə sistem istənilən əlçatan nəqliyyatdan istifadəyə imkan verir.[26] Müxtəlif tip biletlərə görə geniş seçim, birdəfəlik gedişin daha ucuz başa gəlməsinə imkan verir. Bu da öz növbəsində nəqliyyat üçün tezlik və məsafədən asılı olaraq ödənişi azaltmağa imkan verir.
Metroda qayda və məhdudiyyətlər mövcuddur:[27]
Velosipedlərin daşınması üçün məhdudiyyətlər:[28]
Biletlərin bütün növlərini avtomatlardan əldə etmək olar. Ödəniş üçün qəpiklərdən və kredit kartından istifadə keçərlidir. Bir çox stansiyalarda kassirdən bilet almaq (və nəqliyyat sxemi, qrafik və metroya dair digər informativ materialları pulsuz əldə etmək) üçün kassa və köşklər var.[26]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.