Koolen gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Koolen gölü (çuk. Коолён, esk. КоглуЭльгыгытгын) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Adının mənası çuk. Коолён — «dərin uçurum»[1] deməkdir.
Koolen gölü | |
---|---|
çuk. Коолён, esk. КоглуЭльгыгытгын | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 42 m |
Eni | 1,5 km |
Uzunluğu | 15 km |
Sahəsi | 15 km² |
Həcmi | 18,5 km³ |
Dərin yeri | 100 m |
Minerallaşma tipi | Şirin |
Yerləşməsi | |
65°59′04″ şm. e. 170°58′47″ q. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
Çukot dənizinin sahilindən 13 km məsafədə, Çukot yarımadasının şərqindəki Aynan silsiləsinin kənarında yerləşir. Ən yaxın yaşayış məntəqəsi 44 km məsafədə yerləşən Lavrentiya kəndidir.
Gölün yaxınlığındakı ən yüksək nöqtə Ittıvıt dağıdır (939 m).
Göl tektonik mənşəlidir. Buradan yalnız bir çay axır. Koolenvem çayı Çukot dənizinin Uelen laqununa tökülür. Gölə 20 kiçik arx axır, əksəriyyəti yayda quruyur. Gölün suyu çox az midarda olsa da minerallaşmışdır. Suyu şəffafdır. Dərinlik artdıqca dərin mavi bir rəngə sahib olur. Böyük dərinliklərdə qara və mavi rəngə çevrildiyi bildirilir.
Göl dik dağlarla əhatə olunmuş dərin bir hövzədə yerləşir. Bununla belə bumeranq şəklinə malikdir. Şərq hissəsində geniş bir sahil dayaz suları əmələ gətirən çınqıl çimərlik var.
Göl hövzəsində iqlim kontinentaldır. Kifayət qədər buludsuz və sakit günlər olur. Qışda orta aylıq temperatur −15.9° C ilə −18.4 ° C, yayda + 3.9 ° C ilə + 7.3 ° C arasında dəyişir. Mütləq minimum temperatur −43 ° C-dir. Sabit şaxtalar oktyabr ayının son ongünlüyündə başlayır və mayın ilk ongünlüyünün sonunda dayam edir[2].
Bitki icmalarının tərkibinə ot-kol tundra bitkiləri daxildir. Söyüd ağaclarının hündürlüyü 3 mə çatır. Buradan Alnus fruticosa növünün Avrasiyada yayılmasının şərq sərhədi keçir.
Göldən axan çay vastəsi ilə bura qızılbalıq, siqi, Dallia pectoralis sə s balıqlar daxil olur.
Göl və ətrafında 62 növ quş qeydə alınmışdır. Bunlar arasında yırtıcılardan yalnız şunqar burada yuva qurur.
Gölün yaxınlığındakı məməlilər arasında amerika sünbülqıranı, qütb tülküsü və qonur ayı vardır. Bəzən qütb porsuğuna da rast gəlinir.
Yerli sakinlərin nəql etdiklərinə görə, gölün dərinliklərində bir neçə növ böyük balıq yaşayır. Onlardan biri nəhəng bir ölçüyə sahib olub gölün sahibi adlanır. Su içməyə gələn vəhşi və ev marallarını yeyir.
Gölün ərazisində yaşı 6000 ildən çox olan qədim ovçuların düşərgələri tapılmışdır. Burada nizə və ox ucları, ikitərəfli döşəmə və tutma ilə qaşovlar və bıçaqlar aşkarlanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.