From Wikipedia, the free encyclopedia
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861[1], Moskva[2] – 11 sentyabr 1939[2][3][…], Paris[2]) — rus əsilli rəssam.
Konstantin Korovin | |
---|---|
| |
Doğum tarixi | 5 dekabr 1861[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 sentyabr 1939[2][3][…] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, teatr dizayneri[d], səhnə dizayneri |
Təhsili |
|
Janrlar | peyzaj, natürmort |
Stil | impressionizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi.
1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
1881–1882-ci ildə Konstantin Sankt-Peterburq Rəssamlıq Akademiyasında bir il oxudu, lakin Moskva Rəssamlıq məktəbinə məyus döndü. O, 1886-cı ilə qədər yeni müəllimi Vasili Polenov altında məktəbdə oxumuşdur.
1885-ci ildə Konstantin Paris və İspaniyaya səfər etdi. 1888-ci ildə isə Konstantin Mamontov ilə İtaliya və İspaniyaya səyahət etdi. O Balkon, İspan Qadın Leonora və Ampara On rəsimləri çəkdi. Konstantin Korovin Rusiya, Qafqaz və Mərkəzi Asiya daxilinə səyahət etdi. O, impressionist və daha sonra Art Nouveau üslubunda rəsimlər çəkməyə başladı.
Konstantinin işlərində şimal ölkələrinə etdiyi səyahətlərin təsiri hiss edilirdi. 1888-ci ildə Norveç sahilində və Şimal dənizində görülən sərt şimal mənzərəsini yaratdı. 1890-cı illərdə Konstantin Mir Iskusstva (Мир иску́сства) incəsənət qrupunun üzvü oldu. 1894-cü ildə Valentin Serov ilə Şimal ölkələrinə ikinci səfərini etdi. Səfəri Şimal Dəmir Yolu tikintisi ilə üst-üstə düşdü. Rəsimlərində boz çalarlar ilə seçilirdi. Bu stil 1890-cı illər Konstantin sənəti üçün səciyyəvi idi. Konstantin 1896-cı ildə Rusiya Nijni Novqorod da İncəsənət sərgisini hazırladı. 1900-cü ildə Paris Dünya Sərgisində Orta Asiya hissəsi üçün xüsusi olaraq hazırlanmış hissəsini dekorasiya etdi.
XX əsrin ilk illərində karyerasının zirvəsində idi. 1905-ci ildə Akademik ünvanı aldı və 1909–1913-cü ildə Moskva Rəssamlıq Məktəbində müəllimlik etdi. Rəssamın sevimli mövzulardan biri Paris olmuşdur. O, A Paris Cafe (1890), Cafe de la Paix (1905), La Place de la Bastille (1906), Paris at Night, Le Boulevard Italien (1908), Night Carnival (1901), Paris in the Evening (1907) Parisin əks olunduğu rəsimlər idi.
Konstantin 1923-cü ildə bir daha dönməmək üzrə Rusiyadan ayrıldı, həyatının son 15 ilini keçirdiyi Fransaya köçdü. Fransada xüsusilə Parislə əlaqədar rəsimlər çəkdi, teatrlar üçün səhnə hazırladı, kitab rəsimleri çəkdi, oğlunun müalicəsiylə maraqlandı .
Konstantin Korovin 11 sentyabr 1939-cu ildə Parisdə vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.