Komplementarlıq (molekulyar biologiya)
From Wikipedia, the free encyclopedia
Komplementarlıq (molekulyar biologiya) — Molekulyar biologiyada, komplementarlıq hər biri "kilid və açar" prinsipinə tabe olan iki struktur arasındakı əlaqəni təsvir edir.[1] Təbiətdə, komplementarlıq DNT-nin təkrarlanması və transkripsiyasının əsas prinsipidir, çünki iki DNT və ya RNT ardıcıllığı arasında bölüşdürülən bir xüsusiyyətdir, beləliklə bir-birlərinə paralel olaraq nizamlandıqları zaman ardıcıllıqlardakı hər mövqedəki nükleotid əsasları komplementar olacaqdır.[2] Güzgüyə baxıb, əksini görmək kimi. Bu tamamlayıcı əsas cüt hüceyrələrə məlumatları bir nəsildən digərinə köçürməyə və hətta ardıcıllıqla saxlanılan məlumatların zədələnmələrini tapmaq və düzəltməyə imkan verir.[3]