Kolumbiyada vətəndaş müharibəsi (1964–2016)
From Wikipedia, the free encyclopedia
Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.[1][1][2][3][4][5][6][7].
Kolumbiya vətəndaş müharibəsi (1964-2016) | |
---|---|
Soyuq müharibə | |
![]() | |
Yeri | Kolumbiya |
Nəticəsi | Atəşkəs |
![]() |
Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir [8]. Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir [9].
Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir [10]. Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər [11]. İstər partizanlar, istərsə də ultrasağçılar narkotik vasitələrin qanunsuz dövriyyəsində və terorizmdə ittiham edilir. Bu münaqişədə iştirak edən tərəflər, nəhayət, sonda belə bir qənaətə gəlmişlər ki, bu müharibə çoxlu sayda insan haqlarının pozulması hesabına baş vermişdir.
Kolumbiya Milli Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə bu konfliktin baş verdiyi 1958-2013 illər ərzində ölkədə 220,000 insan həlak olmuşdur. Onların 177,307 nəfəri mülki əhali olmuşdur. Bundan əlavə, bu müharibə ilə əlaqədar beş milyondan çox insan öz evini tərk etməyə məhkum olmuşdur [12][13].
2012-ci ildə FARK Kolumbiya hökuməti ilə danışıqlara başlamışdır. Bu da yaxın gələcəkdə bu vətəndaş müharibəsinin bitəcəyinə zəmin yaradır. 16 may 2014-ci ildə Kolumbiya və üsyançılar narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müştərək fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər [14].