![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/17/Header_in_a_book.jpg/640px-Header_in_a_book.jpg&w=640&q=50)
Kolontitul
From Wikipedia, the free encyclopedia
Kolontitul (fr. colonne "colonne" – sütun və lat. titulus "titulus" – başlıq, yazı) — səhifənin yuxarı və aşağı sahələrində yerləşdirilən xidməti informasiyadır.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/17/Header_in_a_book.jpg/640px-Header_in_a_book.jpg)
Məsələn, bu müəllifin adı, əsərin, bölmənin, fəslin, paraqrafın adı, tarix, səhifənin nömrəsi və s. ola bilər. Belə elementlər böyük həcmli sənədlərlə işi asanlaşdırır və çap olunandan sonra kitabın rahat oxunmasını təmin edir.