From Wikipedia, the free encyclopedia
Kokos Adası Milli Parkı — Kosta-Rikaya aid Sakit okeanda yerləşən Kokos adasında qurulmuş milli park. Ramsar və Dünya irsi siyahısındadır.
Kokos Adası Milli Parkı qlobal olaraq köpək balıqları üçün əhəmiyyətli olan, xüsusilə dəniz ekosistemini özündə saxlayır. Kokos Adası və ətrafındakı bölgəni əhatə edir. Kosta-Rikanın 550 km. qərbində, Sakit Okeanda yerləşir. Qalapagos adalarına ən yaxın quru parçası olan ada 630 km. cənub qərbə tərəf uzanır.
Ticarət və balıqçılıq qadağan olduğundan bölgənın dənizi etibarlı bir cənnətdir. Böyük köpək balıqları, pişik balığı, tuna balığı və delfin kimi 300 növ balıq bu milli parkın sularında yaşayır. Dünyanın ən əhəmiyyətli suya dalma nöqtəsidir.
Kokos adasında yaşayış yoxdur. Quraq iqlimi olmadından ətrafdakı digər adalardan fərqlənir. Nəmli tropik meşələrlə örtülüdür. Eyni zamanda dağlıq olub bir çox şəlalə vardır. Adaya sonradan gətirilən donuz və siçanlar üzündən ekosistemi olduqca pozulduğu halda, hələ bir çox endemik növü (endemik quru quşları kimi) həyatlarını davam etdirir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.