From Wikipedia, the free encyclopedia
Klara Aleksandrovna Zamenhof (qızlıq soyadı Zilbernik; 5 oktyabr 1863, Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 6 dekabr 1924, Varşava, Polşa) — esperantist, Lüdviq Zamenhofun həyat yoldaşı.
Klara Zamenhof | |
---|---|
Doğum tarixi | 5 oktyabr 1863 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 dekabr 1924 (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Hepatosellular xərçəng[1] |
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | esperantoçu |
Vikianbarda əlaqəli mediafayllar |
Kovno (indiki Kaunas, Litva) şəhərində sabun fabrikinin sahibi Aleksandr (Sender Leyboviç) Zilbernikin ailəsində anadan olmuşdur.[3][4]
1886-cı ildə Lüdviq Zamenhof ilə tanış oldu və 1887-ci ildə onlar evləndilər.[5] Onların Adam (1888—1940), Zofiya (1889—1942) və Lidiya (1904—1942) adlı üç uşağı oldu.
O, beynəlxalq dil esperantonu yaratmaq istəyində ər ilə həmfikir idi. O, 10 min rubl dəyərində olan cehizini bağışladı ki, Unua Libro adlı ilk esperanto dərsliyinin nəşr olunmasında əməyi olsun.
Həyatı boyu ərinin köməkçisi, tez-tez şəxsi katib vəzifəsini icra edirdi. L. Zamenhofun vəfatından sonra esperantonun dünyaya yayılması işində aktiv olmağa davam etdi.
1921-ci ildə Konkordo adlı Varşava Esperantistlər Cəmiyyətinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. 1905-1924-cü illər arasında keçirilən bütün Ümumdünya Esperanto Konqreslərində iştirak etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.