![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0b/Ghost_of_Kyiv_Art.jpg/640px-Ghost_of_Kyiv_Art.jpg&w=640&q=50)
Kiyevin kabusu
Ukrayna hərbi pilotu / From Wikipedia, the free encyclopedia
Kiyevin kabusu[1] (ukr. Привид Києва[2]) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb.[2][3] Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir.[4]
Cəld faktlar Hərbi fəaliyyəti, Mənsubiyyəti ...
Kiyevin kabusu | |
---|---|
ukr. Привид Києва | |
![]() | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | Ukrayna Hərbi Hava Qüvvələri, Hərbi hava qüvvələri |
Döyüşlər | |
![]() |
Bağla
MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur.[5][6][7] Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər.[8] Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.[9]