Kiyev Politexnik İnstitutu
From Wikipedia, the free encyclopedia
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir.
Kiyev Politexnik İnstitutu НТУУ КПІ ім. Ігоря Сікорського, КПИ | |
---|---|
Національний технічний університет України «Київський політехнічний інститут імені Ігоря Сікорського» | |
50°26′58″ şm. e. 30°27′38″ ş. u. | |
Əsası qoyulub | 31 avqust 1898 |
Tip | dövlət |
Rektor | Mixaylo Zqurovski |
Tələbə sayı | 48600 |
Şəhər | Kiyev |
Ölkə | |
Ünvan | 03056, Kiyev, Qələbə p-ti, ev. 37 |
Sayt | kpi.ua |
Vikianbarda əlaqəli mediafayllar |
Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub.
İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir.
Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir.