Kitabxana pişiyiictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır.

Thumb
Bir kitabxana pişiyi

Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur.[1]

Tarix

Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir.[2][3][4] Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar.[5]

Müasir misallar

1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar.[6] XIX əsrdə Britaniya hökuməti pişik saxlayan kitabxanalara əlavə pul ödəyirdi, çünki siçanların kitablara yaxın durmasına mane olduğunun fərqində idilər.[5]

Kitabxana pişikləri müxtəlif kitablarda və filmlərdə personaj kimi peyda olublar.[7] Hətta bəzilərinə heykəllər həsr olunub.[5] Bəzilərinə institutun şurasında vəzifələr verilib.[7] Bir çox kitabxana pişiyinin marketinq və ictimai münasibətlərdə peşəkar rolu olub.[7]

Kitabxanalarla pişiklərin münasibəti bəzən mübahisələrə səbəb olub. Hadisələrin birində bir pişiyi kitabxanadan uzaqlaşdırmağa cəhd ediblər və əsas kimi pişik alergiyasını göstəriblər.[8] Bir başqa halda kitabxana pişiyi servis heyvanlarına qarşı olan reaksiyasına görə kitabxanadan uzaqlaşdırılıb.[2] Nyu-Yorkun Patnem Valli qəsəbəsindəki institutdan bir pişiyin uzaqlaşdırılmasına görə institut potensial gəlir itirib. Çünki cəmiyyətin iki üzvü pişiyin uzaqlaşdırılmasından narazı qalıblar və miraslarından instituta pul ayırmaq barədə olan fikirlərini dəyişiblər. Nəticədə, institut 80.000 ABŞ dolları gəlirdən mərhum olub.[2]

1987-ci ildə kitabxana pişiklərinə hörmət etmək və onları tanıtmaq üçün Kitabxana Pişiyi Cəmiyyəti qurulub. Bu təşkilat hazırda qeyri-aktivdir. Cəmiyyətin üzvü olan bir çox kitabxana pişikləri barədə məlumatları mübadilə edirdilər və cəmiyyət onlar haqqında qəzet nəşr etmişdi.

"Pişiklər, kitabxanaçılar və kitabxanalar: Kitabxana Pişiyi Cəmiyyəti haqqında esselər" antologiyası bu münasibəti araşdırmışdır. "Kitablı pişik: Kitabxana pişiyinin macəraları" adlı filmin də rejissoru olmuş Qeri Roma kitabxana pişiklərini araşdırması ilə tanınır.[7] Romanın saytına görə dünyada 800-dən çox kataloqlanmış kitabxana pişiyi var. Kataloqa görə onların çoxu ölüblər.

Bundan əlavə, pişiklər ABŞ-dakı müstəqil kitab evlərində də tez-tez görünürlər.[9][10]

Faydalar

Kitabxana pişikləri kitabxanaçıların əhvalını qaldırır və oxumağı təşviq edir.[7] Pişiklər marketinq kampaniyalarında kitabxanalara daha çox insan cəlb etmək üçün istifadə olunurlar.[11] Pişiklərin varlığı kitabxanada rahat mühit yarada, kitabxanaçıların gündəlik stresini azalda bilərlər.[12][13] Digər heyvanlardan (məsələn, it) əsas üstünlüyü ondadır ki, pişiklər kitabxanada elə də çox səs-küyə səbəb olmurlar. Bunlardan əlavə, pişiklərin ümumi müstəqil təbiətləri də kitabxananın intellektual mühitinə uyğun gəlir.[14]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.