From Wikipedia, the free encyclopedia
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi?) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr.[1] Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb.[1] Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib.[1]
Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi.[1] Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir.[1] Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə).[1] 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.[1]
Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi.[1] Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər.[1] Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.[1] Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.[1] Mübahisələrin çoxu hökumət tərəfindən 1924-cü ildə qəbul edilmiş "kirayəçilik barışdırma sistemi" vasitəsilə kompromislə həll edilmişdir.[1] Qalan mübahisələrin çoxu isə kirayəçi-fermerin xeyrinə başa çatmışdır.[1]
Kirayəçi-fermer mübahisələri müxtəlif cür şərh olunur.[1] Kozaha iqtisadi məktəbinin baxış bucağına görə uzun müddət davam edən torpaq mülkiyyətçiliyi izlərinin müasir kirayəçi–mülkədar münasibətlərinə mənfi təsir göstərmişdi.[1] Ronoha iqtisadi məktəbinin baxış bucağına görə isə feodal azlıqların kapitalist bazar iqtisadiyyatı tərəfindən sıxışdırılması müsbət olmayan nəticələr doğurmuşdu.[1] Hər iki məktəb də kəndlilərin yoxsullaşmasının bu mübahisələrin yaranmasında əsas faktor olması barədə razılaşırlar.[1]
Mübahisələrə səbəb kimi başqa faktorlar da göstərilir.[2] Bu faktorlardan biri müasirləşmənin mülkədarlar və kirayəçi-fermerlər üzərindəki təsiridir.[2] Müasir mülkədarlar daha kapitalist olmuş, qeyri-kənd təsərrüfatı torpaqlarını investisiya üçün satmış və ənənəvi praktikalarını tərk etməyə başlamışdılar.[2] Kirayəçilər isə daha təşəbbüskar olmuşdurlar.[2] Daimi və daha sonra azalan kirayə haqqı sayəsində yeni toxumlar, alətlər və gübrələrdən istifadə olunmağa başlanmış, daha böyük məhsul müxtəlifliyinə maraq oyanmış və kirayəçi-fermerlərin gözləntiləri artmışdır.[2] Sosial aktivizm, kəndlilərin savadlanması, şəhər əməyi də mübahisələrin yaranma faktorları arasındadır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.