Kinşasa
Konqo Demokratik Respublikasının paytaxtı From Wikipedia, the free encyclopedia
Konqo Demokratik Respublikasının paytaxtı From Wikipedia, the free encyclopedia
Kinşasa (ing. Kinshasa; 1966-dək Leopoldvil) — Konqo Demokratik Respublikasının paytaxtı və ən böyük şəhəri. Şəhər Konqo çayının sahilində, Konqo Respublikasının paytaxtı Brazzavil şəhəri ilə üzbəüz yerləşir. Əhalisi 2014-cü ilin hesablamalarına görə 10.125.000 nəfərdir. Ərazisinin 60%-i az məskunlaşmış kənd yerləri olsa da, inzibati bölgüyə əsasən şəhərə aid edilir.
Kinşasa | |
---|---|
Kinshasa | |
4°19′19″ c. e. 15°18′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1881 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 240 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 0987- |
Digər | |
kinshasa.cd | |
Vikianbarda əlaqəli mediafayllar |
Kinşasa Qahirə və Laqosdan sonra Afrikanın üçüncü ən böyük şəhəri hesab olunur.
Kinşasa şəhərinin əsası 1881-ci ildə Afrikanın məşhur tədqiqatçılarından sayılan Henri Morton Stenli tərəfindən ticarət məntəqəsi kimi qoyulmuşdur. Şəhər indiki Konqo Demokratik Respublikasının böyük hissəsinə sahib olan Belçikanın kralı II Leopoldun şərəfinə Leopoldvil adlandırıldı. Şəhər Konqo çayı üzərində Livinqston şəlalələrindən yuxarıda yerləşən ilk gəmi limanı oldu ki, bu da onun inkişafında böyük rola malik idi.
1960-cı ildə Belçika Konqosu Belçikadan müstəqillik qazandı, 1965-ci ildə isə dövlət çevrilişi nəticəsində Mobutu Sese Seko hakimiyyətə gəldi. Onun apardığı afrikalaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, onun ərazisindəki Kinşasa kəndinin adı şəhərə verildi.
1974-cü ildə boks üzrə dünya çempionu adı uğrunda dövrün ən məşhur boksçuları — Məhəmməd Əli və Corc Formen arasındakı qarşılaşma Kinşasada keçirilmişdir. "Cunqlidə gurultu" adını almış bu qarşılaşmada Məhəmməd Əli qalib gələrək ağır çəkidə dünya çempionu adını geri qaytarmışdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.