Keçirici materiallar
From Wikipedia, the free encyclopedia
Keçirici materiallar — kimi bərk cismlər, mayelər və qazlar keçirici materiallara aiddir. Bərk keçiricilər arasında elektrotexnikada ən çox metallar və ərintiləri tətbiq edilirlər. Xüsusi elektriki müqavimətlərinə görə "ρ" metallik keçirici materialları iki əsas qrupa bölmək olar:
- yüksək keçiricilikli metallar, hansılarda ki, normal temperatur zamanı ρ 0,05mkOm·m-dən böyük olmur və yüksək müqavimətli metallar və ərintilər, həmin şəraitdə ρ 0,3 mkOm·m-dən kiçik olmayanlar. Birinci qrupa aid olan keçirici materiallar əsasən dolaq və montaj naqillərinin, müxtəlif təyinatlı kabellərin, damarlarının, şinlərin və s. hazırlamaq üçün tətbiq edilirlər.
- İkinci qrupa aid olunan keçirici materiallar rezistorların, elektrik qızdırıcı cihazların, közərmə lampalarının tellərinin və s. istehsalı zamanı istifadə olunurlar.
Kriokeçiricilər və hədsiz keçirici materiallar xüsusi qrupu təşkil edirlər, hansılar ki, mütləq sıfıra yaxın temperaturlar zamanı heçə bərabər kiçik xüsusi elektrik müqavimətinə malikdirlər. Maye keçiricilərə, bir qayda olaraq, əridilmiş metallar və müxtəlif elektrolitlər aiddirlər. Metalların əksəriyyəti kifayət qədər yüksək ərimə temperaturuna malikdirlər və buna görə də yüksək temperaturlarda maye keçiricilərdirlər. Metallar arasında yalnız, ərimə temperaturu - 39 °C ətrafında olan civə, normal temperaturda maye keçirici kimi istifadə oluna bilər.
Metalların həm bərk, həm də maye hallarında elektrik keçiriciliyinin mexanizmi sərbəst elektronların elektrik sahəsinin təsiri altında istiqamətlənmiş hərəkəti ilə yarandığı ilə əlaqədar olduğundan, onları elektron keçiricilikli keçiricilər və ya birinci növ keçiricilər adlandırmaq qəbul olunmuşdur. İkinci növ keçiricilərdə və ya elektrolitlərdə, hansıları ki, o cümlədən həm sulu, turşulu, qələvi və duz məhlulları aiddirlər, cərəyanın keçməsi elektrik yükləri ilə birlikdə Faradey qanunlarına uyğun olaraq, maddənin ionlarının yerdəyişməsi ilə əlaqədardır. Bu zaman elektrolitin tərkibi tədricən dəyişir və elektrodlarda elektroliz məhsulları ayrılırlar. Qeyd etmək lazımdır ki, ion kristalları ərinmiş vəziyyətdə həmçinin ikinci növ keçiricilərdir. Bütün qazlar və buxarlar, o cümlədən metalların buxarı da, elektrik sahəsinin gərginliyinin aşağı qiymətləri zamanı keçirici ola bilmirlər. Elektrik sahəsinin gərginliyi, zərbə və fotoionlaşmanın başlanğıcını yaradan, müəyyən kritik qiymətə çatan zaman, qaz elektron və ion elektrik keçiricilikli keçiriciyə çevrilir. Əgər qaz güclü ionlaşarsa, onda vahid həcmdəki mənfi yüklü elektronların sayının müsbət yüklü ionların sayına bərabər olan zaman maddənin xüsusi vəziyyəti nəzərə çarpır ki, bu da plazma adı almışdır.[1]
Keçirici materialların elektrik xarakteristikalarına aid etmək olar: xüsusi keçiriciliyi σ və ya onun tərs qiyməti – xüsusi müqaviməti ρ; kontakt potensiallar fərqini və termo elektrik hərəkət qüvvəsi (termo EHQ); elektronların metaldan çıxma işini.[2]