Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər[3] [4].

Xüsusiyyətləri

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.

Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər.

Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.

Simptomları

  • ağrı
  • görmənin zəifləməsi
  • xəstə gözün qızarması
  • xəstə gözün buynuz qişası parlaq deyil, bulanıq görünür,
  • gözdə yad cismin olması hissi
  • işiqdan qorxmaq
  • gözlərin sulanması
  • blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)

Səbəbləri

  • "quru göz" sindromu. Bu sindromun inkişafı göz qapaqları xəstəlikləri, A vitamininin  çatışmazlığı, göz yaşların ifrazının pozulması, qadınlarda klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində mümkündür.
  • gözdə yad cismin olması
  • güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri (məsələn, qaynaq zamanı)
  • allergiya
  • kontakt linzaların düzgün taxılmaması
  • yerli hormonal preparatların tətbiqi
  • göz travmaları
  • viruslar (adenovirus, sadə herpes virusu). Keratitin əsas səbəbi sadə herpes virusu sayılır. İnsanların əksər hissəsi sadə herpes virusunun daşıyıcılarıdır. Lakin keratit hamıda inkişaf etmir. Virus immun sisteminin zəifləməsi zamanı aktivləşir. Bu zəifləməsinin səbəbi soyuqlama, stress və s. ola bilər.
  • bakteriyalar (stafilokokk, streptokokk və s.)
  • göbələk infeksiyaları
  • cərrahi əməliyyatların ağırlaşmaları.

Müalicəsi

Keratitin müalicəsi onun səbəbindən asılıdır. Bəzi hallarda dərmanlar kömək etmədikdə cərrahi əməliyyat tətbiq oluna bilər.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.