From Wikipedia, the free encyclopedia
Kenzo Takada (高田 賢三, Takada Kenzo?, 27 fevral 1939[1][2], Himeci, Hyoqo prefekturası[1] – 4 oktyabr 2020[3][4][…], Nöyi-sür-Sen[5][1]) – Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür.[8]
Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur.[9] Valideynləri ənənəvi mehmanxana sahibləri idilər.[9] Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır.[9]
Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır.[9] Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur.[9] O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur.[9]
1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır.[9] Burada hər ay 40-a yaxın stil işləyirdi.[9] 1964-cü ildə Paris şəhərinə köçmüş və burada yaşamağa başlamışdır.[9] O, Parisdə opera kostyumları dizayn etməyə başlamışdır.[8] Onun 30 dizaynlıq yeni seriyası Lui Ferou tərəfindən qəbul edilmişdir.[9] Növbəti bir neçə il ərzində Pisanti və Relations kimi bir neçə mağazada işləmişdir.[9]
Takada 1970-ci ildə "Jungle Jap" adlı ilk butikini açmışdır.[9] O, ilk dəb şousunu da butikdə keçirmişdir.[9] Daha sonra butiki Parisin başqa küçəsinə köçürmüşdür.[9] 1971-ci ildə ABŞ-nin "Vogue" jurnalı onun dizaynlarını yayımlamışdır.[9] 1983-cü ildə ilk kişi kolleksiyasını yaratmışdır.[9] 1988-ci ildə "Kenzo de Kenzo", "Parfum d'été", "Le monde est beau" və "L'eau par Kenzo" adlı qadın ətirləri satılmağa başlanmışdır.[9] 1991-ci ildə "Kenzo pour Homme" adlı ilk kişi ətrini yaratmışdır.[9] 2000-ci ildə yaratdığı "FlowerbyKenzo" ətri isə Kenzo Parfums brendinin əsas məhsulu olmuşdur.[9] 2001-ci ildə KenzoKI adlı dəriyə qulluq məhsulları xəttini yaratmışdır.[9]
Kenzo brendi 1993-cü ildə LVMH şirkətinə satılmışdır.[9] Takada 1999-cu ildə təqaüdə çıxdığını açıqlamış və moda evinin idarəçiliyini köməkçilərinə vermişdir.[9] 2020-ci ildə Parisdə K3 adlı yeni brend yaratmışdır.[8]
Takada rəngli motivlərinə və orijinal siluetlərinə görə tanınır.[8] O, kimono kimi Yaponiya elementlərindən ilhamlanmışdır.[8] "New York Times" onun 1973-cü ildəki dəb şousunu təsvir edərkən onu "dünyanın ən zəngin təsəvvürlü dizayneri" adlandırmışdır.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.