Kenzo Adaçi (安達 謙蔵, Adaçi Kenzo?, 20 dekabr 1864 və ya 22 noyabr 1864, Kumamoto2 avqust 1948[1], Kumamoto)Yaponiya siyasətçisi, Konstitusional Demokratik Partiyanın milliyyətçi rəhbəri olmuşdur.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Kenzo Adaçi
yap. 安達謙蔵
Thumb
Doğum tarixi 20 dekabr 1864(1864-12-20) və ya 22 noyabr 1864(1864-11-22)
Doğum yeri
Vəfat tarixi 2 avqust 1948(1948-08-02)[1] (83 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

İlk illəri

Kenzo Adaçi 1864-cü ildə Yaponiyanın Hiqo əyalətində yerləşən Kumamoto şəhərində doğulmuşdur.[2] Kumamoto klanına mənsub olan bir samurayın oğlu idi.[3] Kumamotoda yerləşən han məktəbi Seyseykodan məzun olmuşdur.[4]

Fəaliyyəti

Adaçi fəaliyyətinə jurnalist kimi başlamışdır. Qərb ölkələri ilə bağlanmış qeyri-bərabər müqavilələrin dəyişdirilməsi fikrini təbliğ etmiş, Çin-yapon müharibəsində (1894–1895) müxbir olmuş,[2] Sassa Tomofusanın göstərişi ilə Koreyaya gedərək orada qəzetlər yaratmış və 1895-ci ildə İmperatriça Myonsonun sui-qəsdində iştirak etmişdir. 1894-cü ildə "Çosen Ciho" əsəri nəşr olunmuşdur.[3]

1902-ci ildə Yaponiya parlamentinə seçilmişdir. KanseykayRikken Minseyto partiyalarının parlamentdəki gücünü möhkəmləndirməsi və 14 dəfə ardıcıl seçilməsi səbəbilə "seçkilər tanrısı" kimi tanınmışdır. 1925–1931-ci illərdə bir neçə dəfə daxili işlər naziri və rabitə naziri kimi fəaliyyət göstərmiş, müharibə sənayesindən şəxslər ilə yaxın əlaqələr qurmuşdur. 1931-ci ildə Mancuriyada baş vermiş 18 Sentyabr insidentindən sonra baş nazirlə yaşadığı anlaşmazlıq səbəbilə partiyasından ayrılmış və ultramilliyyətçi Kokumin Domey partiyasını qurmuşdur.[2]

Adaçi müharibə iqtisadiyyatının və Yaponiya–Mancuriya iqtisadi blokunun yaradılmasını dəstəkləmişdir.[2] İkinci Fumimaro Konoe kabinetində fəaliyyət göstərdikdən sonra 1940-cı ildən siyasətdən ayrılmışdır.[4]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.