Kenterberili Avqustin (lat. Augustinus Cantuariensis, ing. Augustine of Canterbury; 13 noyabr 534[1] və ya VI əsr, Roma[2][3]ən tezi 26 may 604ən geci 26 may 605[3][4], Kenterberi[5][2][…]) — benedikt rahibi, Kenterberinin ilk arxiyepiskopu. O, tarixə "ingilislərin həvarisi" və anqlikan kilsəsinin banisi kimi düşmüşdür.[7]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Kenterberili Avqustin
Thumb
Doğum tarixi 13 noyabr 534[1] və ya VI əsr
Doğum yeri
Vəfat tarixi ən tezi 26 may 604ən geci 26 may 605[3][4]
Vəfat yeri
Xatirə günü 26 may, 27 may[6], 28 may
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Avqustin Romada Müqəddəs Andrey monastırının rəhbəri idi, 595-ci ildə papa I Qriqori onu paqan kral Etelberti xristianlaşdırması məqsədilə Britaniyaya göndərmişdir. Kenterberidə məskunlaşmaq üçün icazə aldıqdan sonra Avqustin kralı və onun minlərlə təbəəsini vəftiz etməyi bacarmışdır. Avqustin şəhər divarları xaricində bir monastır qurmuş, 601-ci ildə arxiyepiskop təyin edilmişdir. 604-cü ildə digər xristian yepiskopları LondonRoçesterdə məskunlaşmış, anqlosaks kahinləri və missionerləri yetişdirmək üçün məktəb yaradılmışdır.

Ömrünün sonunda İngiltərədə Roma iyerarxiyasının möhkəmləndirilməsi ilə məşğul olmuş, lakin papanın daimi dəstəyinə baxmayaraq, Kelt yepiskoplarını öz hakimiyyətinə tabe olmağa inandıra bilməmişdir. 604-cü ildə ölümündən qısa müddət sonra kanonlaşdırılmışdır. Avqustinin davamçıları heç bir yazılı dəlil qoymadıqları üçün onun həyatı yeganə mənbələr papa Qriqorinin məktublarıdır. Ölümündən 100 il sonra, benediktli rahib Möhtərəm Beda Avqustin haqqında qalan məlumatları toplamış, onları "Anql xalqının kilsə tarixi"nə daxil etmişdir.[8]

İstinadlar

Əlavə ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.