From Wikipedia, the free encyclopedia
Pirojna — şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu.
Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun![1]
biskvit üçün:
sufle üçün:
Yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edin, qarışdırın. Sinini (20x30 sm) yağlayın, yaxud perqament döşəyin. Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Hazır biskvitə şərbət və ya şirə hopdura bilərsiniz.[2]
Bir qaba su, marqarin və duz qoyulub qaynadılır. Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır. Kütlə halına gələndən sonra ocağın üstündən götürülür. Xəmirin 5 dəqiqə soyuması lazımdır ki, yumurtalar içində çırpılarkən bişməsin. Sonra yumurtalar əlavə edilərək qarışdırılır. Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış sobanın listinə düzülür. Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir. Sonra eklerlerin üzəri, ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.