From Wikipedia, the free encyclopedia
Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura?, türk. Kashiwazaki Türk Kültür Köyü) – Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır.
Kaşizavaki türk mədəniyyət kəndi | |
---|---|
Kaşivazaki Toruko Bunka Mura (柏崎トルコ文化村?) | |
Məlumatlar | |
Parkın tipi | əyləncə parkı |
Ölkə | |
Yerləşməsi | Kaşivazaki, Niiqata prefekturası, Yaponiya |
Sahəsi | 49.000 m2 |
Yaradılıb | 1996 |
Statusu | bağlanıb |
Xəritədə yeri | |
Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır.[1] Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır.[2] Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub.[1] 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir.[1]
Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır.[1] Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir.[1]
Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi.[2] İstanbulda yerləşən Sadberk Xanım Muzeyindən gətirilmiş eksponatlar əsasında parkda sərgilər təşkil olunurdu.
Parkın əsas xüsusiyyətlərindən biri ev sahibliyi etdiyi Atatürk heykəli olmuşdur.[1] Parkın yaradılması münasibətilə Türkiyənin Yaponiyadakı səfirliyi heykəltaraş Metin Yurdanur tərəfindən hazırlanan bir Atatürk heykəlini parka bağışlamışdır.[1] Bu heykəl parkın simvoluna çevrilmişdir.[1] Atatürkün at belində olduğu bu heykəl 4,2 metr hündürlüyündə, 3,8 metr enində və 4,2 ton ağırlığında olub bürüncdən hazırlanmışdır.[3]
Parkın bağlanmasından sonra heykəlin yeni sahibi Tobita olmuşdur.[1] O, Atatürkün Türkiyənin qurucularından biri olduğunu öyrəndikdən sonra heykəli öz şirkətində saxlamağa başlamışdır.[1] 2009-cu ildə Yaponiya Fondunun prezidenti Sasakava Yoheyin müdaxiləsindən sonra heykəl Tokioya aparılaraq təmir edilmiş və daha sonra Ərtuğrul faciəsinə həsr olunmuş abidənin yerləşdiyi Kuşimotoya aparılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.