From Wikipedia, the free encyclopedia
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hetmanlıq | |||||
Kazak hetmanlığı | |||||
---|---|---|---|---|---|
Гетьманщина | |||||
|
|||||
|
|||||
Paytaxt | Çigirin | ||||
Rəsmi dilləri | Ukrayna dili | ||||
Dövlət dini | pravoslav | ||||
Ərazisi | 200 min kv.km | ||||
Əhalisi | 1,5 milyon nəfər (XVII əsrdə) | ||||
İdarəetmə forması | Stratokratiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir. XVIII əsrdə hetmanlığın ərazisi Sol Sahil Ukraynası ərazilərindən ibarət idi. 1764-cü ildə hetmanlığla verilmiş siyasi statusu II Katerinanın göstərişi ilə ləğv olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.