![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/2/2e/Kayseri_il%25C3%25A7%25C9%2599l%25C9%2599ri_x%25C9%2599rit%25C9%2599si.png/640px-Kayseri_il%25C3%25A7%25C9%2599l%25C9%2599ri_x%25C9%2599rit%25C9%2599si.png&w=640&q=50)
Kayseri ilçələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
Kayseridə ilk bələdiyyə təşkilatı 1869-cu ildə qurulmuşdur. İlk bələdiyyə başçısı şəhərin nüfuzlu sakinlərindən biri olan Mollaoğlu Mustafa Ağa olmuşdur. 14 dekabr 1988-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən və 3508 sayılı qanunla Kayseri Bələdiyyəsi Böyükşəhər Bələdiyyəsi statusunu əldə etdi və eyni qanunla Məlikqazi və Qocasinan adlı iki bələdiyyənin yaradılması qərara alındı.[1] Bu qanun 1 yanvar 1989-cu qüvvəyə minmiş və şəhər böyükşəhər statusunu qazanmışdır. 26 mart 1989 tarixində keçirilmiş seçki ilə Niyazi Bağçacıoğlu Böyükşəhər Bələdiyyə Başçısı seçildi.[2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/2/2e/Kayseri_il%C3%A7%C9%99l%C9%99ri_x%C9%99rit%C9%99si.png/640px-Kayseri_il%C3%A7%C9%99l%C9%99ri_x%C9%99rit%C9%99si.png)
Kayseri Mərkəzi Anadolunun 3-cü, Türkiyənin ən böyük 14-cü şəhəri olma xüsusiyyətini daşıyır. Şəhərin təxminən 1,5 milyon əhalisi və cəmi 16 ən böyük məskunlaşma mərkəzi mövcuddur. Türkiyə Böyük Millət Məclisinin 30 mart 2013-cü Yerli Seçkilərdən sonra qəbul edilən və 15 aprel 2013-ci ildə Rəsmi Qəzetdə yayımlanan 6360 sayılı qanun ilə şəhərin 16 ilçəsi olduğu təsdiq edilmişdir. Böyük sahəsi olan Kayserinin ən böyük ilçələri Qocasinan, Məlikqazi, Dəvəli və Talasdır.[3]
1924-cü ildə Kayserinin qurulması ilə İncəsu[4], Dəvəli[5], 1926-cı ildə Pınarbaşı[6], 1946-cı ildə Sarız[7], 11 iyun 1946-cı il 5071 qanun ilə Yaşılhisar[8], 19 iyun 1953-ci il 7033 saylı qanun ilə Fəlahiyyə[9] və Tomarza[10], 1954-cü ildə Yəhyalı[11], 1960-cı ildə Sarıoğlan[12], 19 iyun 1987-ci il 19507 saylı qanun ilə Ağqışla[13], 21 avqust 1987-ci il 3992 saylı qanun ilə Talas[14], 9 sentyabr 1988-ci il 6360 saylı qanun ilə Bünyan[15], 7 dekabr 1988-ci il 3508 saylı qanun ilə Qocasinan[16], 14 dekabr 1988-ci il 3508 saylı qanun ilə Kayserinin ən böyük ilçələrindən olan Məlikqazi[17], 9 may 1990-cı il 20523 saylı qanun ilə Özvətən[18], 16 may 1990-cu il 3647 saylı qanun ilə Hacılar[19] ilçə statusu qazanmışdır.