Katon-Karaqay Milli Parkı
From Wikipedia, the free encyclopedia
Katon-Karaqay Milli Parkı (qaz. Катонқараға́й мемлекетті́к ұлтты́қ табиғи́ паркі́) ― Qazaxıstanın şərq sərhəddində, Cənubi Altay dağlarında yerləşən ölkənin ən böyük milli parkı. Park Qazaxıstan, Rusiya, Çin və Monqolustan sərhədlərinin birləşdiyi "X" in qərb tərəfini doldurur. Sibirdəki ən yüksək zirvə olan Beluxa dağı (4,506 metr (14,783 ft) Rusiya sərhədində, Katun silsiləsində yerləşir.[1] Park Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda, paytaxt Astananın 1 000 kilometr cənub-şərqində yerləşir.[2]
Katon-Karaqay Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 17 iyul 2001 |
Yerləşməsi | |
49°15′51″ şm. e. 86°26′45″ ş. u. | |
Ölkə | |
Yerləşməsi | Şərqi Qazaxıstan vilayəti |
Vikianbarda əlaqəli mediafayllar |
1 iyun 2001-ci ildə yaradılan park, 2011-ci ildə Rusiya ilə birlikdə "Altay" transmilli parkına daxil edilmişdir.[3] 2014-cü ildə ərazi UNESCO-nun İnsan və Biosfer proqramı tərəfindən "Katon-Karaqay Biosfer Qoruğu" na daxil edildi.[4]