Kato Svanidze
From Wikipedia, the free encyclopedia
Yekaterina (Kato) Semyonovna Svanidze-Cuqaşvili (gürc. ეკატერინა (კატო) სვიმონის ასული სვანიძე-ჯუღაშვილი, translit. Ekaterina Svimonis asuli Svanidze-Cuğaşvili; rus. Екатери́на Семёновна Свани́дзе, translit. Yekaterina Semyonovna Svanidze; 2 (14) aprel 1885, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 22 noyabr (5 dekabr) 1907, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — İosif Cuqaşvilinin (Stalin) ilk həyat yoldaşı, onun ən böyük oğlu Yakovun anası, dərzi.
Kato Svanidze | |
---|---|
Doğum tarixi | 2 (14) aprel 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr (5 dekabr) 1907 (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm, səpmə yatalaq |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşağı | |
Atası | Svimon Svanidze[d] |
Anası | Sepora Dvali[d] |
Fəaliyyəti | seamstress[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstanın qərbində yerləşən Raça regionunda anadan olan Svanidze daha sonra iki bacısı və bir qardaşı ilə Tiflisə köçmüş, orada dərzi işləmişdir. Onun qardaşı Aleksandr o vaxtlar İosif Cuqaşvili kimi tanınan Stalinin yaxın bir dostu idi və 1905-ci ildə onu Svanidze ilə tanış etmişdir. Onlar növbəti il – 1906-cı ildə evlənmiş, bir neçə ay sonra isə onların Yakov adlı bir oğulları olmuşdur. Svanidze həyat yoldaşı ilə həbs olunmaqdan qaçınmaq üçün Bakıya köçmüşdü, lakin Svanidze orada ağır xəstəliyə yoluxduğundan 1907-ci ildə onlar Tiflisə geri qayıtmalı olmuşdular. O, Tiflisə qayıtdıqdan az müddət sonra vəfat etmişdir. Ehtimal olunur ki, Svanidze ya səpmə yatalaq, ya da ki vərəm xəstəliyinə yoluxmuşdu. Onun ölümü Stalinə çox təsir göstərmişdir, çünki o, Svanidzeyə çox əhəmiyyət verirdi. O, Yakovu Svanidze ailəsinin himayəsinə buraxdı və onu görməyə nadir hallarda getdi.