Kartvelologiya
kartvel dillərini öyrənən elm / From Wikipedia, the free encyclopedia
Kartvelologiya və ya gürcüşünaslıq — Gürcüstanla və ya gürcülərlə bağlı olan bütün bəşəri elmləri - dilçilik, ədəbiyyat, incəsənət, arxeologiya, folklor, etnoqrafiya, numizmatika, sferoqrafiya, tarix, iqtisadiyyat və s. öyrənən yeni sahə. XIX əsrə qədər bu sahə daha nizamsız və mürəkkəb üsullarla tədris edilirdi. Gürcüstanda Tbilisi Dövlət Universitetinin və xüsusilə, Gürcüstan Milli Elmlər Akademiyasının yaradılmasından sonra Kartvelologiyanın müəyyən sahələrində sistemli və geniş tədqiqatlar aparılmağa başlanıldı.[1]
Tədqiqat materiallarının çoxluğu, müasir tədqiqat metodlarının müxtəlifliyi və sahənin xüsusiyyətləri səbəbindən Kartvelologiya üzrə ixtisaslaşma getdikcə dərinləşdi. Bu günə qədər elmi baxımdan "Kartvelologia" xaricdə bu sahəylə bağlı aparılan tədqiqatlar demək idi. Kartvelologiya gürcü tarixi, gürcü dili, gürcü ədəbiyyatı, incəsənəti və mədəniyyətini öyrənən fənlər kompleksi olaraq nisbətən gənc bir elmdir.[2]