Kartli–Kaxeti çarlığı[1] — 19 yanvar 1762-ci ildə Kartli çarlığı ilə Kaxeti çarlığının Kaxeti çarı II İrakli tərəfindən birləşdirilməsi nəticəsində yaranmış dövlət.

Cəld faktlar Paytaxt, İdarəetmə forması ...
Çarlıq
Kartli-Kaxeti çarlığı
ქართლ-კახეთის სამეფო (latın. kartl-kaxetis samepo)
Thumb Thumb
Bayraq Gerb
Thumb
Kartli-Kaxetiya krallığı, 1762-ci il sərhədləri
 
 
 
 
 
1762  1801

Paytaxt Telavi—>Tiflis
İdarəetmə forması mütləq monarxiya
Dövlət başçıları
Kartli-Kaxetiya çarı (gürc. ქართლ-კახეთის მეფე—>latın. kartl-kaxetis mepe)
   II İrakli (1762 — 1798)
Kartli-Kaxeti çarı (gürc. ქართლ-კახეთის მეფე—>latın. kartl-kaxetis mepe)
   XII Georgi (1798 — 1800)
Şahzadə (gürc. ბატონიშვილი—>latın. batonişvili), Kartli-Kaxetiya krallığının qubernatoru (gürc. ქართლ-კახეთის სამეფოს გამგებელი—>latın. kartl-kaxetis samepos qamqebeli)
   XII David ()1800 — 1801) (de-fakto)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Rusiyada səfərdə olan Kartli çarı II Teymuraz 8 yanvar 1762-ci ildə Sankt-Peterburqda vəfat etdi. Bundan sonra Kartli taxtını da ələ keçirən Kaxeti çarı, II Teymurazın oğlu II İrakli 19 yanvar 1762-ci ildə Kartli və Kaxetini birləşdirərək vahid Kartli-Kaxeti çarı oldu.

II İraklinin hakimiyyəti dövrü

border=none Əsas məqalə: II İrakli

1762-ci ildə atasının ölümündən sonra Kartli-Kaxeti çarı elan olundu və 300 il sonra ilk dəfə iki Gürcü dövləti birləşdirildi. 1783-cü ildə Georgiyevsk traktatını imzalayaraq Rusiya imperiyası tərəfindən himayəyə alınmaq hədəfinə nail oldu. Lakin Ağa Məhəmməd şah Qacarın ordusunun hücumu qarşısında Rusiya ona kömək etmədi və Krtsanisi döyüşündə 5000 nəfərlik gürcü bölüyü 35000 əsgərdən ibarət Qacar ordusuna çox ağır şəkildə məğlub oldu. Yeni bir İran hücumunun qarşısını isə Qacarın öldürülməsi aldı. Ondan sonrakı il çar özü də vəfat etdi. Yohan Anton Güldenştedt yazır:

Hazırda Yuxarı və Aşağı Kartli, Kaxetiya və Somxeti əyalətləri II İraklinin simasında vahid hökmdara sahibdirlər.[2]

Avar xanı Ümmə xanın hücumu

Gürcülər Dağıstana Lekianoba deyirdilər. 1785-ci ildə gürcü çarı II İrakli Ümmə xanın növbəti hücumlarından birinin qarşısını almaq üçün rus-gürcü qoşunları ilə Sığnaq qalasına gəlmiş və rus batalyonlarının komandanı polkovnik Burnaşov çar İrakliyə Qanıxçayın keçidində Ümmə xanın qoşununa zərbə endirməyi təklif etmişdi. Lakin İrakli Kaxetinin hərbi əməliyyat üçün əlverişli olmayan yerlərində müdafiə olunmağa qərar vermişdi[3] Həmin il yaz-yay aylarında Ümmə xan gürcü kralına tabe olan ərazilərə aramsız hücumlar edirdi. Bu hücumları dayandırmaq üçün II İrakli sentyabrın 29-da hər il 10 min rubl bac ödəməsini, həmçinin döyüşlərdə əsir götürülmüş gürcü döyüşçülərinin hər birinə 50 rubl ödəməsini təklif etmişdi. Daha sonra əsirləri satın alacağını bildirən İrakli Ümmə xandan təzminat məsələsi həll edilənədək Qanığın o tayına, yəni sol sahilinə keçməsini xahiş edir. Lakin Ümmə xan geri qayıtmır. Oktyabrın 3-də Osmanlı imperiyasının hüdudlarına daxil olur və oradan İmereti-Kartli sərhədlərinə aramsız hücumlar edir. 1785-ci il noyabrın 29-da general Potyomkin Ümmə xanın bütün Gürcüstanı iflic vəziyyətinə salmış hücumlarının qarşısını almaq üçün ona 1000 çervon və bahalı tütün qutusu hədiyyə göndərir.

1800-cü ilin avqustunda Ümmə xan növbəti dəfə böyük bir qüvvə ilə Gürcüstana yürüş edir. Ümmə xanın qüvvələri Balakəndə ikən bundan xəbər tutan XII Georgi rus generalı Lazarevə iki batalyonla Kaxetiyə hərəkət etməsi üçün xəbər göndərir. Lakin general Lazarev bu xəbərə əhəmiyyət verməyərək kral Georgiyə ləzgilərə qarşı gürcü qoşununu yollamağı tövsiyə edir.

Gürcülər Sığnağın kəndlərinin əhalisi müdafiə etmək üçün Sığnaq qalsına toplayırlar. Lakin Ümmə xan Qanıxçayın sağ sahilinə keçməyə tələsmirdi. Oktyabr ayınadək Balakəndə qalan Ümmə xan dəstələrinə gürcü şahzadəsi – taxta iddiaçı Aleksandr Baqrationi və Qarabağlı İbrahimxəlil xan da öz dəstələri ilə qoşulurlar. Oktyabr ayının sonlarında Ümmə xan nəhayət ağır məğlubiyyətə uğradılır.

Ağa Məhəmməd şah Qacarın hücumu

Qacarlarla zəndlər arasında son qanlı döyüş, 1794-cü ilin yayında Kirman yaxınlığında baş verir və Ağa Məhəmməd şah Qacarın tam qələbəsi ilə nəticələnir. Burada Ağa Məhəmməd şah II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahimxəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. İraklinin bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və İranın daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Cənubi Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin ordusunu darmadağın edərək, Tiflisə girir.r İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır. Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik göstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II İraklidən hayıf çıxmaq məqsədi güdürdü.

XII Georginin hakimiyyəti dövrü

border=none Əsas məqalə: XII Georgi

Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə kral elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəli şah Qacarın təhdidlərindən çəkinən kral Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan kralın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi. 1799-cu ildə I Paveldən kömək istəyən kral Pyotr Kovalenski başçılığında gələn bölüyü xoş qarşılamışdı. Kral 28 dekabr 1800-cü ildə vəfat etdi.

Anneksiya

Sinfi bölgü

Hakimiyyət ierarxiyası

Zadəgan nəsilləri

Tavadlar (başçısı "tavad" titulu daşıyan sülalələr):

  • Kaxetiyada: 1) Çoloğaşvili (gür.: g.ə. ჩოლოყაშვილი, l.ə. çoloğaşvili), 2) Çerkezişvili (gür.: g.ə. ჩერქეზიშვილი, l.ə. çerkezişvili), 3) Andronikaşvili (gür.: g.ə. ანდრონიკაშვილი, l.ə. andronikaşvili), 4) Tusişvili (gür.: g.ə. ტუსიშვილი, l.ə. tusişvili),

Əhalisi

"5 aprel, 1770-ci ildə Rusiya imperiyasının İmeretiya və Kartli-Kaxetiyada rezidenti, saray məsləhətçisi knyaz Anton Romanoviç Mouravova II İraklinin sarayı tərəfindən təqdim edilən Şərqi Gürcüstan krallığının demoqrafik arayışı"dan:

"5 aprel, 1770-ci ildə Rusiya imperiyasının İmeretiya və Kartli-Kaxetiyada rezidenti, saray məsləhətçisi knyaz Anton Romanoviç Mouravovun qraf Nikita İvanoviç Paninə raportun"dan:

II İrakliyə tabe olan, Gürcüstan [Kartli] və Kaxetiyada yerləşən qeyd edilmiş bütün yerlərdə [şəhərlərdə] və kəndlərdə gürcülərdən, ermənilərdən, osetinlərdən, borçalı tatarlarından və bir-neçə yəhudidən ibarət otuz min həyət olduğu təxmin edilir.

Rusiya imperiyasının general-mayoru qraf Qottlub Heynrix von Tottlibn (alm. Gottlob Heinrich von Tottleben) və Kartli-Kaxetiya kralı II İrakli arasında baş verən anlaşılmazlığı araşdırmaq və münasibətlərə aydınlıq gətirmək üçün Kartli-Kaxetiya krallığına göndərilmiş kapitan Yazıkovun "1770-ci ildə yazdığı Gürcüstan haqqında qeydlər"indən[7]:

Kral II İrakliyə tabe olan Kartli və Kaxetiyada həmçinin digər yerlərdə canların [insanların] və ya həyətlərin sayı onlara [gürcülərə] məlum deyil. Kral üzrxahlıq edərək dedi ki, onlarda əhalini canlar [insanlar] və ya həyətlər üzrə sayma ənənəsi yoxdur. Demək belə rəqəm müəyyən edəndə bu yalnız təxmin olur: Kartlidə əhalinin sayı 100.000 candan [insandan] çox daha az idi, Kaxetiyada isə əhali Kartliyə nisbətdə daha sıxdır. Çünki ləzgilər Kaxetiyada daha az dağıntı törədirlər və camaat Kartlidən köç edərək Kaxetiyada məskunlaşır.

1800-cü ilin dekabr ayına olan məlumta əsasən Kartli-Kaxetiya krallığında təxminən 40.000 ev var idi və onlarda hər iki cinsdən toplam 160.000 nəfər əhali yaşayırdı.[9][10]

Erazisi yoxdur

Mənbə

  • Дубровин Николай Федорович. Георгий XII последний царь Грузии и присоединение ее к России. Издательство: Санкт-Петербург, типография департамента уделов, Литейный проспект №39, 1867 год.
  • Акты, собранные Кавказской Археографической комиссией. Архив главного управления наместника Кавказского. Том I. Напечатан под редакцией, представителя комиссии ст.сов. Адольфа Петровича Берже. Тифлис. Типография Главного Управления Наместника Кавказского. 1866 год.
  • Зураб Давидович Авалов. Присоединение Грузии к России. Санкт-Петербург, : Тип. А.С. Суворина, 1901 год.
  • Журнал Министерства народного просвещения. Часть CCXXV. Новые архивные материалы для истории Грузии XVIII столетия Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine
  • Грамоты и другие исторические документы XVIII столетия, относящиеся до Грузии. Том II, выпуск II. С 1769 по 1801 год. Под редакцией Александра Антоновича Цагарели, Ординарного профессора Императорского Санкт-Петербургского университета. Санкт-Петербург. Типография В. Киршбаума в д. Министерства Финансов, на Дворцовой площади. 1902 год, 330 страниц.
  • История войны и владычества русских на Кавказе. Том I. Книга II (1871). стр. 114-118, 119-212, 279-318
  • История войны и владычества русских на Кавказе. Том II (1886)
  • История войны и владычества русских на Кавказе. Том III (1886)
  • История Царства Грузинского (1976)
  • Федор Федорович Засс (Автор по информации каталога Российской национальной библиотеки). Описание Кавказа с кратким историческим и статистическим описанием Грузии. Перевод с французского (перевёл Яков Ланген). Напечатано по Высочайшему его Императорского Величества повелению. Санкт-Петербург, в Театральной типографии 1805 года, 72 страниц.
  • Михаил Виссарионович Хелтуплишвили. Вступление Грузии в состав Российской империи Arxivləşdirilib 2014-08-10 at the Wayback Machine. 1901, 103 страниц.
  • Фадеев А.В. Россия и Кавказ в первой трети XIX века. Издательство Академии наук СССР. Москва, 1961 год.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.