Kan-i-Qut mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış.
Kan-i-Qut | |
---|---|
qırğ. Кан-и-Гут | |
Ümumi məlumatlar | |
Dərinliyi | 103 m |
Uzunluğu | 3155 m |
Sahəsi | 89165 m² |
Kəşf tarixi | I əsr |
Tipi | karst |
Giriş sayı | 9 |
Yerləşməsi | |
40°00′46″ şm. e. 70°20′47″ ş. u.HGYO | |
Ölkə | Qırğızıstan |
Vilayət | |
|
Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir».[1]
Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər. Onu məcbur edirdilərki mağaranın daha dərinliyinə doğru hərəkət etsin və gizlədilmiş ziynət əşyaları və gümüşü tapsın. Gedənlər ya məhv olur, ya da geri dönməli olurdular. Əyər onlar hansısa yeni məlumatla və ya sərvətlə qayıtsalar öldürülür, ya da yenidən geriyə mağaraya göndərilmiş. Mağaraya gedənlər müxtəlif əfsanələr və hekayələr uydurmuş. Bu fikirlər sonradan digərlərində də bu sərvəti əldə etmək arzusunun yaranmasına səbəb olmuşdur.[2]
Mağara bir-neçə girişə malikdir. Əsas giriş quru Zankur çay yatağından bir az yuxarıda yerləşir. İkinci giriş birincidən 1 km aralı yerləşir. İki giriş arasında hündürlük fərqi 60 metrdir. Bunlardan başqa iki pəncərə-giriş mövcuddur: İşıqlı qapı və İşıqlı pəncərə. Bunlar da mağara girişləri hesab olunur. Ərazidə iki süni giriş mövcuddur. Mağara ətrafında 30 və 60 metr dərinliyində olan şaxta quyusu mövcuddur. Mağara yerləşdiyi ərazi seysmik cəhətdən fəaldır. Mağara daxilində müxtəlif kristallik formalara rast gəlinir (karbotanlar, kalsit, araqonit, gips və s.). Ölçüsü 6 metrə yaxın olan nəhəng gips "lüsturlar" diqqəti cəlb edir.
1896-cı ildə Türküstan həvəskar arxeoloqlar dərnəyinin üzvləri Kan-i-Qut mağarasını ziyarət etmişlər ( Malliskiy, Nikolay Qureviç və Andreev, Mixail Stepanoviç). Bu çətin səfər haqqında Malliskiy xüsusi "Məhv olmuş filiz" yazısını yazmış[3].
İkinci dünya müharibəsi öncəsi mağarada Orta Asiya üzrə tanınmış tədqiqatçı, təbiətşünas, geoloq, dağ və sənaye mühəndisi Nazarov Pavel Stepanoviç tədqiqatlar aparmışdır. O mağaranın ikinci yarusuna yetişmiş və geniş araşdırma nəticəsində təsdiq etmişdir ki, mağara tərk edilmiş qurğuşun-gümüş yatağıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.