Kamurəs Qadınəfəndi (5 mart 1855, Şimali Qafqaz – 30 aprel 1921, Konstantinopol) — 35. Osmanlı sultanı V Mehmedin ilk xanımı.
Kamurəs xanım 1855-ci ildə əslən ubix olan əsilzadə ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında saraya xidmətçi olaraq alınmış, 30 sentyabr 1872-ci ildə Çırağan sarayında V Mehmedlə evləndilər. Evləndikdən bir il sonra Şahzadə Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. 1918-ci ildə ölkəyə gələn Bolqarıstan kralı III Borisin qarşılanması mərasimində iştirak etdi. Sarayda təlim keçən kiçik sultanların təhsili ilə maraqlanırdı.
Sultan V Mehmedin vəfatının ardından (1918) bir müddət sarayda qalan Kamurəs xanım daha sonra Beşiktaşdakı saraya köçürüldü. Çox keçmədən 30 aprel 1921-ci ildə burada vəfat etdi. Cənazəsi ərinin Əyyubsultandakı Sultan Rəşad türbəsinə dəfn edildi.
- Mehmed Ziyayəddin Əfəndi (d. 26 avqust 1873 — ö. 30 yanvar 1938)
- Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1.
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.