Kalininqrad stadionu
From Wikipedia, the free encyclopedia
Kalininqrad stadionu, digər adı ilə Baltika Arena – Rusiyanın şəhəri Kalininqradda yerləşən stadiondur. Stadion 2018 FİFA Dünya Kubokunun 4 oyununa ev sahibliyi etmişdir. Baltika Kalininqrad klubu da öz ev oyunlarını burada keçirir.
Cəld faktlar Qeyri-rəsmi adı, Yeri ...
Kalininqrad stadionu | |
---|---|
Qeyri-rəsmi adı | Baltika Arena |
Yeri | Kalininqrad |
Təməli qoyulub | 2015 |
Tikilib | 2018 [1][2] |
Açılış tarixi | 11 aprel 2018 |
Tikinti xərcləri | 257 milyon € |
Sahibi | Kalininqrad vilayəti |
Tamaşaçı tutumu |
35016 (rəsmən)[3] 33973 (2018 FİFA Dünya Kuboku) |
Ev sahibi komanda | Baltika Kalininqrad FK |
Meydançanın ölçüləri | 105 x 68 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Stadion iki mərtəbəlidir və ultramodern təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Bu layihə Almaniyada 2006 FİFA Dünya Kubokunun 6 oyununa ev sahibliyi etmiş Allianz Arenanın konsepsiyası üzərində qurulub. Layihənin dəyəri təxminən 11 milyard rubl nəzərdə tutulmuşdu, lakin bununla müqayisədə daha çox qiymətə başa gəldi. Stadionda ilk matç 11 aprel 2018-ci ildə oynanıldı. Mundialdan sonra stadionun tamaşaçı tutumu 25000-ə qədər azaldılacaq və dam içəri doğru sürüşdürüləcək.