![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/44/Semi2Dress2019-035-20190516-EuroVisionary.jpg/640px-Semi2Dress2019-035-20190516-EuroVisionary.jpg&w=640&q=50)
KEiiNO
From Wikipedia, the free encyclopedia
KEiiNO — saamlı reper və yoyker Fred-Rene Bulyo və norveçli müğənnilər Tom Huqo Hermansen və Aleksandra Rotandan təşkil olunmuş musiqi qrupu. Qrup 2018-ci ilin sonlarında xüsusi ilə Norveçin NRK telekanalının təşkil etdiyi Melodi Grand Prix 2019 yarışması üçün qurulmuşdur.[1] KEiiNO yarışmada "Spirit in the Sky" mahnısı ilə mübarizə apararaq nəticədə qələbə qazanmışdır. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.[2] Həmin mahnı ilə KEiiNO qrupu Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2 il sonra şanslarını yoxlayaraq ölkəsinin Melodi Grand Prix 2021 seçim turuna qatılaraq Monuments söylədilər. Finalda qalib gələrək 2021 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmək şansı əldə etdilər
KEiiNO | |
---|---|
![]() KEiiNO qrupu Avroviziya 2019 səhnəsində | |
Əsas məlumatlar | |
Üslub |
|
Fəaliyyət illəri | 2018–h.h. |
Ölkə |
![]() |
Şəhər | Kautokeino |
Leybl | Universal Music Group[d] |
Heyət |
Tom Huqo Hermansen Fred-Rene Bulyo Aleksandra Rotan |
Əlaqəli layihələr |
Duolva Duottar Radiojam |
![]() |
Uzun məşqlərdən sonra KEiiNO 16 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə 210 xalla 7-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən qrup 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 331 xal toplayaraq, 6-cı yeri tutmuşdur. KEiiNO finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində on səkkizinci yerdə qərarlaşmışdır.