Kərkük
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kərkük (ərəb. كركوك kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi.
Kərkük | |
---|---|
كركوك Kerkük کەرکووک | |
35°28′ şm. e. 44°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 350 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1 031 082[1] nəfər (2021) |
Vikianbarda əlaqəli mediafayllar |
Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi.[2]
Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624[3] nəfər qeydə alınmışdır.
İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".[4]
Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.[5] Kərkük şəhəri 26 məhəllədən ibarət idi. Onun 21-də türkmanlar, 5-də isə kürdlər çoxluqda idilər.
Xasasu çayının qərbində yerləşən Türkman məhəllələri:
Xasasu çayının şərqində yerləşən türkman məhəllələri:
Xasasu çayının qərbində yerləşən kürd məhəllələri:
Xasasu çayının şərqində yerləşən kürd məhəllələri:
Kərkük şəhərində yerləşən ən məşhur tarixi hamamlar:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.