Kür
Qafqazda axan çay / From Wikipedia, the free encyclopedia
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش, translit. Kuruş[5][6]) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.
Kür çayı | |
---|---|
azərb. Kür türk. Kura gürc. მტკვარი erm. Կուր q.yun. Κῦρος fars. کوروش | |
| |
Ölkələr | |
Şəhərlər | |
Mənbəyi | Şərqi Anadolu bölgəsi |
• Yüksəkliyi | 2,740 m (8,990 ft)[1] |
Mənsəbi | Xəzər dənizi |
• Yüksəkliyi | −26.5 m (−87 ft)[2] |
Uzunluğu | 1,515 km (941 mil) [3] |
Su sərfi | 443 m³/s |
Su hövzəsi | 198,300 km2 (76,600 kv. mil)[4] |
Hövzəsinin sahəsi | 188 000 km² |
Faunası | Qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan, qırqovul,qaban, canavar, qamışlıq pişiyi, porsuq, susamuru, tülkü, maral, qunduz, dələ, Gəlincik, dovşan, çaqqal,çöl pişiyi, süleysin |
Qoruqlar | Qızılağac, Qarayazı |
Göl | Sarısu |
Vikianbarda əlaqəli mediafayllar |
Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.