![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/40/Lake_Koycegiz_Turkey_1.jpg/640px-Lake_Koycegiz_Turkey_1.jpg&w=640&q=50)
Köyçəqız gölü
From Wikipedia, the free encyclopedia
Köyçəqız gölü (türk. Köyceğiz Gölü) — Türkiyənin Muğla ili ərazisində yerləşən göl. Gölün sahəsi 5200 ha-dır. Eyni adlı şəhərin şimal sahillərinə yaxın ərazidə qərarlaşır. Türkiyənin sahil ərazisinə yaxın yerləşən ən böyük göldür. Gölü Aralıq dənizi ilə dar və ensiz olan «Dalyan» adlı bir axar birləşdirir. Kanalın keçdiyi ərazidə eyni adlı bir qəsəbə və bir tarixi şəhərin qalıqları vardır (Kaunos). Kanal İztuzu tısbağalar sahili ərazisindən dənizə qovuşur. Kanal 1,5 metr dərinliyə sahibdir.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Köyçəqız gölü | |
---|---|
türk. Köyceğiz gölü | |
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 8 m |
Sahəsi | 52 km² |
Yerləşməsi | |
36°54′44″ şm. e. 28°39′19″ ş. u. | |
Ölkə |
![]() |
![]() |
Bağla
Gölün yerləşdiyi ərazi əsrarəngiz görkəmə sahib olmasından turistləri bura cəlb edir. Hazırda göl və kanal xüsusi qorunan Köyçəqız-Dalyan rayonuna daxildir.