Köpenik sarayı
Berlin şəhərində yerləşən saray From Wikipedia, the free encyclopedia
Berlin şəhərində yerləşən saray From Wikipedia, the free encyclopedia
Köpenik sarayı (alm. Schloss Köpenick) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı.
Köpenik sarayı | |
---|---|
Schloss Köpenick | |
52°26′38″ şm. e. 13°34′22″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Berlin |
Yerləşir | Köpenik |
Tikilmə tarixi | 1558 |
Üslubu | barokko |
Rəsmi sayt | smb.museum/museen-einric… |
Almaniyada qeydiyyata alınmış tarixi abidələr | |
İstinad nöm. | 09095682 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır.
Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı.
Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı. Daha sonra o, ilk həyat yoldaşı Elizabet Henrit ilə bu sarayda yaşamağa başladı. 1630-cu ildə gələcək kral olacaq II Frederik və onun dostu fərariliyə görə bu sarayda hərbi məhkəmə ilə üz-üzə qalmışdılar.
Hazırda saray Dekorativ İncəsənət muzeyinin parkları ilə əhatə olunub və Prussiya Mədəni İrsi sayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.