From Wikipedia, the free encyclopedia
Köçərilik və ya nomadizm[1] — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi.
Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı.
Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar.
Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir. Uzaq məsafələrə köçlər çadır-arabalar şəklindəki kağnılar üzərində gerçəkləşmişdir. Türklər yüzillər boyunca atlar və kağnılar üzərində nəhəng Avrasiya qitəsini bu ucundan o ucuna fəth etmişlər. Türklər bu köçlərdən sonra nəhəng dövlətlər yaratmış, dünyaya böyük mədəniyyət örnəkləri və abidələri ərmağan etmiş, bundan başqa dünyanın çeşidli bölgələrində bir-birindən qopuq düşmüş mədəniyyətləri də çulğaşdırmışlar. Bu səbəblə türklərin ayrı-ayrı coğrafi ərazilərdəki mədəniyyət, elm, texnika sahəsindəki bilgiləri də bir yerdən digərinə çatdırmaqda, bir araya gətirməkdə böyük rolları olmuşdur. Qərblilərin "köçəri" damğası vurduğu, aşağı mədəniyyət səviyyəsi kimi baxdığı bu mədəniyyət ünsürü qəsdən və bilərəkdən geri qalmış, gəlişməmiş bir mədəniyyət olaraq göstərilmişdir. "Barbar köçərilərin" yaşadıqları vəhşi çöl dedikləri yerləri bilərək mədəniyyətdən uzaq bölgələr olaraq göstərmiş, böyük Fərabilərin yetişdiyi Otrari, Dəşti-Qıpçaq çölünü bilərək görməzlikdən gəlmişlər.
Bir zamanların ən qüdrətli dövlətlərini yaradan köçərilərin dövlətçiliyinin təsadüfi səciyyə daşıdığı fikri rus tarixşünaslığında tanınmış şərqşünaslar V.Radlov və V.Bartold tərəfindən fərziyyə şəklində hələ XIX yüzilin sonları - XX yüzilin əvvəllərindən formalaşdırılmışdı. Sonraki dövrlərdə köçəri cəmiyyətlərin ictimai-siyasi inkişafı məsələsinə münasibətdə sovet dövrü tarixçiləri arasında nə qədər fikir müxtəlifliyi olsa da, köçəri dövlətlərin varlığı faktı etiraf olunurdu. Bəzi tədqiqatçılar türklərin (səlcuqluların və digərlərin) dövlətçiliyi yerli (oturaq) xalqlardan əxz etdiklərini vurğulayırlar.Türklərin böyük mənəvi mədəniyyətinin, yüksək dövlətçilik təcrübəsinin mövcudluğu artıq süqut dövrü keçirən yerli (oturaq) xalqlardan nəyisə öyrənməyi mümkünsüz edirdi.
Əlbəttə, bu məsələ ilə bağlı mübahisələrə aydınlıq gətirmək bizim mövzunun əhatə dairəsindən kənara çıxsa da, köçəri və oturaq xalqların etnik-mədəni ənənəsinin tədqiqinə müxtəlif elmlərdə olan diqqəti ön plana çəkmək, zənnimizcə, vacibdir.
Ən ciddi araşdırmalara əsasən isə, türk etnık-mədəni ənənəsində öz tipi etibarilə oturaq şəhər mədəniyyəti ilə yanaşı, hər zaman atlı köçəri mədəniyyət şəkli də mövcud olmuşdur. Bir çoxları guya türk millətinin mədəniliyi və qədimliyinin üzərinə kölgə salacaqmış kimi köçərilik kompleksini kiçiltməyə, yaxud onu kökündən danmağa çalışırlar. Bəzən bunun tam əksinə hərəkət edib, eləcə də oturaqlığı qədir-qiymətdən salmaq istəyənlər var. Şübhəsiz, bu meyllərin ikisi də yanlışdır və əslində yanlış olduğuna görədir ki, türk mədəniyyətinin tarixi təkamülünü doğru-düzgün əks etdirməyə mane olur. Məsələn, Türküstanda yaşayan türklərin böyük çoxluğunun köçəri həyat sürməsi əski qaynaqlarda əhalinin hər yanda çadırlarda yaşaması faktının qeydə alınmasından bəlli olur. Və ya köçərilikdən, yarımköçəri həyat tərzindən oturaq həyata keçib şəhər və kəndlərdə yaşayan oğuzlar haqda bilgilərə hələ ərəb qaynaqlarında rast gəlinir. "Yeni köhnə dünyanın böyük bir qismini öz içərisinə alan Turanın ayrı-ayrı bölgələrində coğrafi iqlim şərtlərinə uygun olaraq, türklər qismən oturaq və ya qismən köçəri olaraq yaşamış, böyük sivilizasiyalar yaratmışlar".
Türk etnik ümumiliyinin formalaşmasının tarixini müəyyənləşdirən S. Q. Klyaştornı yazır: "Qədim və orta əsrlər tarixi dövründə türk xalqları mühitində daha çox müxtəlif mənşəli bu və ya digər ölçüdə bütün türk tayfalarına xas etnik əhəmiyyətli xüsusiyyətlər tədricən cəmləşmiş və irsən möhkəmlənmiş etno mədəni ənənələr formalaşmışdı. Bu cür stereotiplərin ən intensiv formalaşması qədim türk dövründə, yəni eramızın birinci minilliyinin ikinci yarısında təsərrüfat fəaliyyətinin optimal formalarının (köçəri və yarım köçəri heyvandarlıq) müəyyənləşməsi, əsasən maddi mədəniyyət kompleksinin (yaşayış evləri, geyim, nəqliyyat vasitələri, qida, bəzək əşyaları və s.) yaranması, məşhur ənənəvi mədəniyyət, sosial ailə təşkilatının, xalq etikasının, tətbiqi sənət və folklorun müəyyənləşib başa çatdığı zaman baş vermişdir".[2]
Mədəniyyətşünaslar, tarixçilər və filosoflar da köçəriliyə elmi ədəblyyatlarda tarix boyu sivilizasiyadan kənar bir hadisə kimi qiymət verənləri ittiham etməkdə bu üzdən tam haqlıdırlar, mərifət və mədənlyyət cəhətincə oturaqların köçərilərdən xeyli irəli gəldikləri haqda aydındır ki, çox deyilmişdir. Lakin bunlar əsasən tarixin daha çox məğlubiyyətlərinə şahadət elədiyi oturaq xalqların tarixçilərinin elmilik donu geydirilən qeyri-elmi fərzlyyələrdir. Bir sözlə, istər "ənənəvi türk dövlətləri üçün əksər hallarda özək rolunu oynamış el şəklində təşkilatlanma" cəhətindən, istərsə mədəni inkişaf səviyyəsinə görə köçəri türklərin qurmuş olduqları mədəniyyət özlərini daha yüksək dərəcədə inkişafa nail olmuş sayan oturaqların yaratdıqaları mədənlyyətdən çox-çox üstün idi. Cəmiyyətdəkl azadlıq ruhu baxımındansa onlar bir-birllərlylə heç ölçüyə gəlməzlər.
Milli vicdanın təşəkkülünə əsla şübhə yeri qoymayan əski köçəri türk topluluğu fikrən, qəlbən də azad şəxslyyətlər yetirirdi. Atlı-köçəri mədəniyyətinin yetişdirdiyi bu insanlar daxilən sərbəst olduqlarından, geniş qoynunda yaşadıqları təbiət qədər varlıqlarına da azad bir ruh hakim idi. Onlar geniş ürəkliydilər, böyük idilər və böyük olduqları üçün yalandan, ikiüzlûlükdən, yaxınlara qarsı təkəbbürlü davranmamdan çox uzaqdılar. Açıq havada daim at belində hərəkət halında olmağın verdiyi aşıb-daşan güc, enerji bu insanların əkinci, oturaq və passiv xalqlar üzərində hakimiyyətini təmin edirdi. Ancaq apardıqları savaşlar da nə talan, nə xərac üçün deyildi. "Hər biri ayrılıqda bir millət demək olan" bu insanlar döyûşlərə belə yalnızca qalib gəlməkdən ötrü atılırdılar. Təbiətin içində beləcə azad ruhlu yaşadıqları üçün başqaları içərisində qarışmağı həç sevməzdilər. Tarixlər yaradacaq böyük mənəvi güçə sahib olan bu çılgın, ehtiraslı insanlar cəmiyyətində əsir düşənlərə qarşı belə olmazın hormət və lütfükarlıqla yanaşırdılar. Bir onu da yada salmaq yetər ki, Cindəki kölələr hûrriyyət ölkəsi olan Asiya hun torpaqlarına qaçırdılar.[3]
Türk köçəri ruhunu dəyərləndirən Ercan Erel yazır: "Əski türk inancında fizikötəsi (metafizik) düşüncələr gerçəklik dışına, xaricinə çıxmamış, buna görə də türklər gördüyünə inanaraq yaşamışlar. Bir Oğuz söyləmində deyilir "Türk gözdən qızar, tat dizdən". Burada türkün gördüyünə inandığını, tatın isə oturub, boş - boş uydurmalar yaradaraq yaşamasını demək istəmişdir. Açıq havalarda qurulan ağban evlərin yerini, qara daxmacıqlı qaramsarlıq qoxan saraylara dəyişən türk xaqanları, özünü yadırqar, özgələşməyə başlar. Qaranlıq saraylarda olan o qaramsar havanın solunumu, türk ulusunda sıraqullugun(iyererxariyanin) ən üstü olan xaqanlığa, şahlığa, sultanlığa dəyişir. Bundan sonra egemən görünən türk xaqanları pislik içində yaşayaraq, dədələrindən qalma üstün insan gələnəksəllərini unutmuşdur. Dünya geçmışliyində platonun umduğu "ərdəmkəndini"(mədəniyyət fəziləti) yaşayan türk budununu, bu başsız xaqanlarin öncüllüyündə pislik bataqlığına sürünərək gətirilən inanclara qul olmuş, bununla da özünün yaşadığı ərkinlik, azadlıq çağını unutmuşdur".[4]
Çingiz xan köçərilərə oturaq əhaliyə nisbətən daha inamla yanaşırdı. O, bilirdi ki, köçərinin bir canı , bir atı və bir qılıncı var. O, şəxsiyyətini uca saxlamağa çalışır, ona görə də xana həmişə etibarlıdır. Oturaqlar, daşınmaz əmlak sahibləri isə öz varidatlarının qorunması naminə, yeri gəlsə lap satqınlıq da edərlər. Elə bu səbəblərdən də Çingiz xan köçəri imperiyasının dayaqlarını möhkəmləndirmək yolunda canlarından keçməkdən də qorxmayan köçəri cəngavərləri üstün tuturdu. O, istəyirdi ki, Monqolustan köçərilər imperiyası olaraq qalsın. Monqollar köçəri həyatından uzaqlaşmasınlar, nə şəhərlərdə, nə də ki, kəndlərdə yaşasınlar, istila olunmuş ölkələrin əkinçilərinin və sənətkarlarının əməyindən istifadə etməklə xoş həyat sürsünlər və buna görə də onları qorusunlar.
Köçəri sivilizasiyaların tarixi və mədəniyyəti sosial-fəlsəfi, etnoqrafik, etnoloji və sosial-antropolojl ədəbiyyatlarda geniş araşdınlmışdır. Köçərilərin ənənəvi cəmiyyətlərinin genetik strukturunun geniş öyrənildiyi bu tədqiqatlarda zaman keçdikcə metodoloji baxımdan dəyişîkliklər də gözə çarpır, sivillzasiya, həmçinin sosial özünütəşkil nəzəriyyəsinin anlayış və kateqoriyalarından bol-bol istifadə olunur. Bununla belə həmin topluluqların yaratdıqları mədəniyyətlərin çox sayda problemləri tarixi gerçəklərə irəlicədən düşünülmüş olaraq yanlış hökmlərlə yanaşılması, köçərilərin bəşəriyyət qarşısındakı üstün xidmətlərinə düzgün qlymət verilməməsi istəyi üzündən hələ ki, gərəkli biçimdə öyrənilməmişdir. Köçəri türklərin yaratmış olduqları mədəniyyət daha qədimdir. Gəldiyimiz nəticə və qənaət bunu göstərir. Tarixi gerçəklik bu barədə fikir və elmi müddəaları təsdiqləyib sübut edən amillərdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.