From Wikipedia, the free encyclopedia
Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur.
Java | |
---|---|
Paradiqmalar | Strukturlu proqramlaşdırma, Obyekt yönümlü proqramlaşdırma, Refleksiya |
Yaradılma tarixi | 1995 |
Müəlliflər | Ceyms Qoslinq, Sun Microsystems |
Tərtibatçılar | Sun Microsystems, Oracle[1] |
Fayl sonluğu |
.java , .class , .jar , .jad və ya .jmod |
Sonuncu versiyası |
|
Təsirlənib | C++, C, Ada dili, Smalltalk, Objective-C, Oberon, Eiffel, C#, Niklaus Virt |
oracle.com/java/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur.
Java daxilində bir neçə əsas ailə texnologiyaları mövcuddur:
Java dilinin yaradılmış versiyaları | İl |
---|---|
1.0 | 23 yanvar 1996 |
1.1 | 19 fevral 1997 |
1.2 | 8 dekabr 1998 |
1.3 | 8 may 2000 |
1.4 | 6 fevral 2004 |
5.0 | 30 sentyabr 2004 |
6 | 11 dekabr 2006 |
7[2] | 7 iyul 2011 |
7 yenilənmə 1[3] | 18 oktyabr 2011 |
7 yenilənmə 2[4] | 12 dekabr 2011 |
7 yenilənmə 3[5] | 14 fevral 2012 |
8[6] | 18 mart2014 |
9 | 21 sentyabr 2017 |
JavaScript və Java arasında heç bir qohumluq yoxdur. Buna baxmayaraq Java eləcə də C dilinə çox oxşardır.
JavaScript klient skriptləşdirmə dilidir. JavaScript internet səhifənin dinamik imkanlarını genişləndirmək məqsədilə istifadə olunur. JavaScript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır. Veb brauzerdə (veb səyyahda) qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir.
Java isə JavaScriptdən fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi dildə desək apletdir. Bu dildən istifadə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.
C++ dilinin mürəkkəbliyi və obyekt orientasiyalı olmayan xüsusiyyətləri bu dilin əsas səbəblərdən biridir. Digər başlıca səbəb hər hansı platformada kompayl edilən kodun başqa platformlarda da dəyişdirilmədən işlədilə bilməsinə olan ehtiyacdır. Dilin bu xüsusiyyəti Java Virtual Maşını sayəsində həyata keçirilir. Java dili mürəkkəbliyi aradan qaldırmaq üçün bir çox C++ xüsusiyyətini – çox köklü irsiyyət, şablonlar (yeni versiyalarda şablonlar daxil edilib), pointerləri özünə daxil etmir. Bundan başqa dildə C++ da olmayan tullantı təmizləmə mexanizmi(garbage collector) mövcuddur.
Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə "saat", "qaçan sətr", digər animasiyalar və çat yaratmaq mümkündür.
Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır.
Mənfi cəhəti: Java dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı veb brauzerlərlə (veb səyyahlarla) işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər.
Proqram "Hello, world!" yazısını göstərir:
public class HelloWorld {
public static void main(String[] args) {
System.out.println("Hello, world!");
}
}
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.