From Wikipedia, the free encyclopedia
Jan Batist Perren (fr. Jean Baptiste Perrin; 30 sentyabr 1870[1][2][…], Lill, Nor, Fransa[3][4] – 17 aprel 1942[3][1][…], Nyu-York, ABŞ[3][4][…]) – "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" 1926-cı ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik.[6][7]
Jan Batist Perren | |
---|---|
fr. Jean Perrin | |
Doğum tarixi | 30 sentyabr 1870[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1942[3][1][…] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan batist Perren 1870-ci ildə Fransanın Lil şəhərində anadan olub. Paris Ali Normal Məktəbini bitirib. 1894-97-ci illərdə katot şüaları və rentgen şüaları üzərində tədqiqatına başladığı dövrdə həmin məktəbdə assistant vəzifəsində fəaliyyət göstərib. 1897-ci ildə elmlər doktoru (fr.docteur ès sciences) dərəcəsini qazanıb. Həmin il Parisin Sorbonna universitetində fiziki kimya fənni üzrə mühazirəçi vəzifəsinə təyin edilib. 1910-cu ildə bu universitetin professoru olub və II Dünya müharibəsi dövründə Almaniyanın Fransanı işğal etməsinə qədər bu vəzifəni icra edib. 1942-ci ilin 17 aprel tarixində Nyu-York şəhərində vəfat edib və 1948-ci ildə Paris şəhərində, Panteonda, dəfn edilib.
1895-ci ildə Perren katod şüalarının təbiətdə mənfi elektrik yüklü olduğunu göstərdi. Avogadronun ədədini (indi Avoqadro sabiti olaraq bilinir)bir neçə üsulla təyin etdi. Günəş enerjisini hidrogenin termonüvvə reaksiyaları əsasında izah etdi. Albert Eynşteyn 1905-ci ildə Broun hərəkətinin atomlar baxımından nəzəri izahı barədə məqaləsini yayımladıqdan sonra, Perren Eynşteynin proqnozlarını yoxlamaq və doğrulamaq üçün eksperimentlər apardı və bununla da Con Daltonun atom nəzəriyyəsi ilə bağlı yüzillik mübahisəni həll etdi. Perren 1926-cı ildə bu tədqiqatına və molekulların fiziki gerçəkliyi mövzusunda uzun sürən mübarizəyə qəti şəkildə son qoymuş maddənin kəsikli quruluşuna dair digər işlərinə görə Fizika üzrə Nobel mükafatını qazandı.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.