Jahorina dağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Jahorina (Şablon:Dil-sr-cyr ) - Bosniya və Hersoqovinada dağ zirvəsi. Zirvə Pale (Bosniya və Herseqovina), Trnovo (Serbiya) və Bosniya ərazisində Trnovo bölgələrinin birləşdiyi ərazidə yerləşir. Jahorina Dinar Alplarının bir hissəsi hesab olunur. Trebeviç silsiləsi ilə həmsərhəddir. Jahorinanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 1916 metrdə yerləşir. Bu göstərici ilə zirvə Saraevo dağlarında ikinci ən yüksək zirvədir ( Belaşnisa, 2067 m). Dağın qərb yamaclarında eyni adlı milli park yaradılıb. Serbiya Respublikası ilə Bosniya və Herseqovina arasında olan sərhəd bu dağ ırazisindən keçir.
Jahorina dağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.916 m |
Yerləşməsi | |
43°43′36″ şm. e. 18°34′37″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Jahorina dağ-xizək kurortu dağ yamacında yerləşir. 1984 Qış Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə qadınların yarışması bu ərazidə keçirilmişdir.[1] Jahorina kurortu Bosniya və Herseqovinanın ən böyük və ən populyar dağ-xizək kurort zonasıdır. Kurort ərazisində dağda xizəklə sürüşmək, snoubord, yürüş və s. populyardır.
Dağ ərazisindən keçən əsas yollar şimaldan cənub istiqamətdə keçir. Əsas mağistiral yol M5-dir. Sarayevo-Vışeqrad şəhərlərini birləşdirir.
Jahorina ərazisi Bosniya müharibəsi zamanı böyük strateji əhəmiyyətə malik idi. Dağ ərazisinin bir çox bölgələrində, əsasən də kurort ərazisi yaxınlıqlarında minalara rast gəlinir[2]. Müharibədən sonra ərazidə geniş minadan təmizləmə tədbirləri keçirilmişdir. Kurort ərazisində xizəklə yürüş etmək təhlükəsizdir.[3][4] Ancaq kənar ərazilərdə təhlükə hələ də saxlanılır. Ərazidə tez-tez mina təhlükəsini bildirən lövhələrə rast gəlinir. Son zamanlar ərazidə minadan təmizləmə işləri aparılsa da, 30 oktyabr 2011-ci ildə sloven paraplan idmançısı ciddi xəsarət almışdır. O yanılışlıq nəticəsində minalanmış ərazilərə enmişdir.[5][6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.