![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/16/Pakistan_Air_Force_JF-17_Thunder_flies_in_front_of_the_26%252C660_ft_high_Nanga_Parbat.jpg/640px-Pakistan_Air_Force_JF-17_Thunder_flies_in_front_of_the_26%252C660_ft_high_Nanga_Parbat.jpg&w=640&q=50)
JF-17 Thunder
From Wikipedia, the free encyclopedia
JF-17 Thunder (urdu جے ایف-17 گرج) və ya FC-1 Xiaolong — yüngül çəkili, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir.
JF-17 Thunder/ FC-1 Xiaolong | |
---|---|
![]() Pakistan HHQ-nə məxsus JF-17 Thunder Nanqa Parbat dağlıq ərazisində (8.107 metr). | |
Tipi | Çoxməqsədli qırıcı |
İstehsalçı | |
Baş konstruktor | Yanq Vey[1] |
Dizayner | CAC, PAC, MiQ (məsləhətçi qismində) |
İlk uçuş | 25 avqust 2003 |
İstismara verilmə tarixi | 12 may 2007 |
Status | İstismarı davam edir |
İstismarçılar | Pakistan Hərbi Hava Qüvvələri |
İstehsal ili |
Çində: 2007-ci il iyun – davam edir Pakistanda: 2008-ci il yanvar – davam edir |
Buraxılış sayı | 86+[2] |
Hazırlanma dəyəri | 500 milyon dollar $ |
Vahidinin qiyməti |
Blok 1: 15–20 milyon ABŞ dolları (təxminən)[3] Blok 2: 20–25 milyon ABŞ dolları [4] |
![]() |
JF-17 döyüş təyyarəsi müxtəlif növ hava-hava və hava-yer tipli raketlər, həmçinin 23 mm çaplı QŞ-23–2 avtomatik topu ilə silahlanmışdır. Maksimum sürəti 1.6 maxa bərabər olan Guizhou WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub.[5] Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 qırıcılarını da əvəzləyəcəyi gözlənilir.[6] Pakistan HHQ ilk JF-17 eskadrilyasını 2010-cu ilin fevral ayında silahlanmaya qəbul etmişdir.[7] 2016-cı ilə olan məlumata görə Pakistan hər il özü üçün 25 ədəd JF-17 istehsal edir.[8] 2016-cı ilin dekabr ayına olan məlumata görə isə Pakistan Aeronautical Complex şirkəti ölkə ərazisində Blok 1 növü üzrə 70[9], Blok 2 növü üzrə isə 33 qırıcının istehsalını tamamlayaraq orduya təhvil vermişdir.[10]
2017-ci ildən etibarən həm döyüş əməliyyatları, həm də təlim məqsədilə istifadə olunacaq iki oturacaqlı JF-17B variantının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.[11][12] Bununla belə, hal-hazırda texnoloji cəhətdən daha da inkişaf etdirilmiş Blok 3 variantının sınaqlarının davam etdirildiyi açıqlanmışdır. Blok 3 variantının sahib olduğu KLJ-7A radarı eyni anda 15 hədəfi izləmək imkanına malikdir.[13]
JF-17 Thunder silahlanmaya qəbul olunduğu 2011-ci ildən etibarən ümumilikdə 19,000 saat əməliyyat uçuşu həyata keçirib.[14] Pakistan HHQ bu qırıcılardan istifadə edərək Vəziristan bölgəsində terrorçuların mövqelərini həm idarəolunan, həm də idarə olunmayan aviabombalar vasitəsilə bombardman etmişdir.[15]