Ihıax[1] (saxa Ыhыах, rus. Ысыах) — Yay bayramı. Təbiətin ayılması və tanrıların şərəfinə müəyyən ritual, xalq oyunları, rəqslər, xizək yarışları ilə müşahidə edilən bayramdır[2].
Qeyd edilməsi
Ihıax Yakutiyanın ən ədas bayramı hesab edilir. Bu bayram günəş tanrısıns tapınma ilə əlaqədar meydana gəlmişdir. Ənənəvi olaraq Isıax əsasən şimal uarımkürəsində ən uzun gün olarkən (21 iyun) qeyd edilir.
İlk əvvəllər bu bayram hər il 22 iyulda qeyd edilirdi. Böyük Vətən müharibəsinin başlanması bu tarixə düşdüyündən onun tarixini dəyişdirilməli olurlar. Bundan sora isə günəşin uluslar üzrə çıxma qrafikinə uyğun olaraq 10 iyundan 25 iyun arasında qeyd edilir.
Tarixi
Araşdırmaçıların fikirinə görə bu bayram Mərkəzi Asiya ölkələrində qeyd edilən Kumıs bayramının təsiri ilə formalaşmışdır. Yakutlara məxsus olan bu bayramda digər türk xalqlarının yay bayramlarının elementləri vardır:Tuvalar, Başqırdlar, Tatarlar, Altaylar və s. Isıax bayramı əsasən maldarlıq elementləri əsasında formalaşmışdır. Onlar ili iki bərabər hissəyə bölürlər. Isıax isə köhnə ilə yeni, dünənlə sabah arasında bir növ pəncərə rolunu oynayır.
Bu bayram haqqında qərb mənbələrində ilk məlumat Hollandiyalı səyahətçi İ. Plesin yazılarında rast gəlinir. O, XVII əsrin sonlarında Sibirdən Çinə gedərkən bölgədə olmuş və bayram haqqında ətraflı məlumat vermişdir. Burada Yakutlar ocaq yandırır və onu bayram boyu qoruyurlar.
Onlar bir qayda olaraq əcdadlarını və onların adətlərini yada salırlar. Etnoqraf Yekatirina Romanova belə fikir irəli sürür ki, bu bayram Yakutlar üçün təkcə əyləncə xarakteri daşımırdı. Uzun sürən qış zamanı insanları uzun zaman bir-birlərini görmür. Bayram bir növ insanların bir yerə toplaşmasına zəmin yaradır.
Ocuoxay
Ocuoxay bayramda qrup tərəfindən icra edilən rəqsdir. Yallıya bənzər rəqs olub insanların dairəvi şəkildə günəş istiqamətində hərəkəti ilə edilir. Bu rəqs bəzən gecədən səhərə qədər dayanmadan icra edilir. Hətta üç gün icra edilməsi belə məlumdur. Bu bayramın digər özəlliyi odun, otların və ağacların kumızla qidalandırılmasıdır. Bayramın əsas keçirilən əraziləri Baqaççax, Tuymaada və yakutların yaşadığı digər ərazilərdir.
Ədəbiyyat
- Людям о людях. Лица Якутии. Республиканская газета, № 1, 23 июня 2007 г.
İstinadlar
Mənbə
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.