I Bəyazid
From Wikipedia, the free encyclopedia
I Bəyazid və ya Sultan İldırım Bayazid[1] (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir.[2]
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
I Bəyazid | |
---|---|
بايزيد اول | |
28 iyun 1389 – 28 iyul 1402 (ləqəbi: İldırım Bəyazid , Bəyazid-i Əvvəl) | |
Əvvəlki | I Murad |
Sonrakı | Çoxhakimiyyətlilik (1402 – 1413) I Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 8 mart 1354(1354-03-08) |
Doğum yeri | |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | İldırım Bəyazid türbəsi |
Fəaliyyəti | rəhbər[d], şair |
Atası | I Murad |
Anası | Gülçiçək Xatun |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |