From Wikipedia, the free encyclopedia
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru.[2]
II İohann | |
---|---|
| |
iyun 1280 – 1284 | |
Əvvəlki | Qriqori Komnenos |
Sonrakı | Teodora Komnini |
1285 – 16 avqust 1297 | |
Əvvəlki | Teodora Komnini |
Sonrakı | II Aleksey |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1262 |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 1297 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Manuel (Trabzon imperatoru) |
Anası | İrina Surixani |
Həyat yoldaşı | Evdokiya Paleoloq (VIII Mixailin qızı) |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir.
Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi.
1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir. II İohann bu məktubları cavablandırmasa da, Avropa ökələriylə münasibətləri də hər zaman yaxşı saxlamışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.