II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır.
II Yekaterina abidəsi | |
---|---|
Памятник Екатерине II | |
Ölkə | Rusiya |
Yerləşir | Rostov-na-Donu |
Memarlıq üslubu | monumental heykəltəraşlıq |
Tikilib | 1894 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı. Bu abidənin ucaldılması məsələsinə 1883-cü ildə şəhər rəhbəri Minas İliç Balabanov yenidən qayıtmışdır. 1890-cı ildə abidənin ucaldılması məqsədilə vəsaittoplanmağa başlanılır. Sankt-Peterburqda 15 arxitekturun işindən Matvey Afanasieviç Çijov və Matvey Matveeviç Çijovun hazırladığı abidə seçilmişdir. 1892-ci ildə abidənin bütün detalları işlənmişdi. Abidə bürüncdən hazırlanmışdı. Abidənin isə təntənəli açılışı 18 sentyabr 1894-cü ildə baş tutmuşdur. Onun yerləşdirilməsi və hazırlanmasına ümumilikdə 30 min rubl pul tələb olunmuşdu. 1917-ci ildə abidənin yeri dəyişdirilmişdir. Səbəb alman qoşunlarının şəhəri ələ keçirməsi olmuşdur.[1] Ağ qvardiyaçılar abidəni yerinə qaytardılar. 1920-ci ildə isə abidə sökülmüşdür.
Bürünc II Yekaterina abidəsi qranit altlıq üzərində yerləşirdi. Abidənin üzü qərbə istiqamətlınmişdi. Onun sağ əlində bir yarlıq, digər əli isə məhəllələri göstərirdi. Bu yarlıqda "İpmeratritsa II Yelizavetanın ermənilərə minnətdarlığı" əks olunur. II Yekaterinanın abidəsini Matvey Afanaseviç Mixail Opisoviç Mikeşinin eskizi əsasında hazırlamışdır. Bəzi detallar italyan firması tərəfindən hazlrlanmışdı.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.