II Qotarz
From Wikipedia, the free encyclopedia
II Qotarz (parf 𐭂𐭅𐭕𐭓𐭆; ehtimal ki, I əsr – 51) — 38–51-ci illərdə fasilələrlə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. Çar I Vardan ilə hakimiyyəti bölüşmüş, 47-ci və ya 48-ci ildə onun ölümündən sonra təkbaşına hökmranlıq etməyə başlamışdır. Tasit və İosif II Qotarzı I Vardanın qardaşı və buna uyğun olaraq III Artabanın oğlu kimi göstərir,[1][2] lakin bu, müasir tarixçilərə görə, hökmdarın Arşakilər sülaləsindən olmadığı mənasını verə bilər. II Qotarzın özünü Gev adlı bir şəxsin oğlu adlandırdığı yazısı qorunub saxlanılmışdır.